Ağdərədə nə baş verir? - Gürciyan açıqladı
Ağdərədəki birliklər tamamilə təslim olub, şəhər bomboşdur. Mediaxeberleri.Az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu keçmiş qondarma rejimin Ağdərəyə təyin etdiyi “mer” Mişa Gürciyan deyib. “Şəhər tamamilə boşdur. Sakinləri daşıyan son maşın dünən şəhəri tərk edərək Xankəndiyə yollandı. Artıq çatıblar”, - o bildirib. Qeyd edək ki, dünən sosial şəbəkələrdə hərbçimizin keçmiş Ağdərə şəhərinin girişinə Azərbaycan bayrağını asmasını əks etdirən görüntülər yayılmışdı.
Oxunub: 301
Xəbəri paylaş
Paylaş: