Deputat şəhid ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmasına köməklik etdi
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Millət vəkili olaraq həssas qrupa aid vətəndaşlarımızın problemlərinin həllinə çalışmaq əsas vəzifəmizdir. Bir müddət öncə şəhid Xıdırov Ərəstun Arif oğlunun ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdim. Cavab olaraq məsələnin diqqətdə saxlanılacağı bildirilmişdi. “Yeni Gundem” xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Çox sevindirici haldır ki, nazirlik tərəfindən artıq şəhidimizin ailəsinin evinin tikintisinə başlanılıb. Şəhidimizin ailəsini ziyarət edərək evin tikintisi ilə yerində tanış oldum. Tikintinin qısa müddətdə başa çatacağı gözlənilir. Qış mövsümü başlayana qədər şəhidimizin ailəsinin yeni evinə köçməsi planlaşdırılır.
Beləliklə, dövlətimizin dəstəyilə daha bir şəhidimizin ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq addım atılır. Bu işlərin həyata keçirilməsində əməyi keçən hər kəsə, xüsusilə də bizim müraciətimizə həssaslıqla yanaşaraq dərhal reaksiya verdikləri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə öz dərin təşəkkürümü bildirirəm!