Bakıda səhvən sirkə turşusu içən qadın ölüb
Bakıda səhvən sirkə turşusu içən qadın ölüb. Mediaxeberleri.Az xəbər verir ki, Binəqədi rayon ərazisində 1977-ci il təvəllüdlü Ayna Məhərrəmova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 2 gün sonra o xəstəxanada ölüb. Ailə üzvlərinin sözlərinə görə, Ayna Məhərrəmova həmin gün evdə turşu bağlayan zaman səhvən sirkə turşusu içib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 281
Xəbəri paylaş
Paylaş: