"Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində nə baş verir? - VİDEO
Gürcüstanla Azərbaycan arasındakı "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində Gürcüstandan Azərbaycana keçməyi gözləyən yük avtomobillərinin uzun növbəsi yaranıb. Sürücülərin sözlərinə görə, onlar günlərdir yoldadırlar və sərhədi keçmək üçün hələ ən azı 4-5 gün gözləməli olacaqlar. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir. Yaranmış vəziyyət TIR sürücüləri üçün ciddi çətinliklər yaradıb. Sürücülər mövcud vəziyyətlə bağlı jurnalistlərə açıqlama veriblər. Sürücülərdən biri bildirib: "Burada böyük növbədə qalmışıq. Avtomobillərimizə Türkiyədən toyuq əti yüklənib. Sənədlərimiz var, yanacağımız da bitmək üzrədir. İrəli hərəkət etmək istədikdə polis bizi geri qaytardı, sənədlərimizə də baxılmadı".
Oxunub: 34
Xəbəri paylaş
Paylaş:





















