Bakıda köhnə tikili yanır
Bakının Nəsimi rayonunda köhnə tikili yanır. Mediaxeberleri.Az Report-a istinadla xəbər verir ki, yanğın Nəsimi metrostansiyasının yaxınlığında yerləşən keçmiş fabrik kimi fəaliyyət göstərən tikilidə baş verir. Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi və ətrafa yayılması istiqamətində işlər aparılır.
Oxunub: 27
Xəbəri paylaş
Paylaş:





















