Bakı-Quba yolunda "Mercedes" yük maşınına çırpıldı, beş nəfər xəsarət aldı
Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.Az-ın məlumatına görə, hadisə avqustun 17-də saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik avtomobil ilə "Iveco" markalı yük avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.


Oxunub: 30
Xəbəri paylaş
Paylaş:





















