Qarabağ kanalında bir nəfər batdı
Qarabağ kanalında bir nəfər batıb. Bu barədə Mediaxeberleri.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qarabağ kanalının Beyləqan rayonu, İkinci Aşıqlı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.
Oxunub: 23
Xəbəri paylaş
Paylaş:





















