Nazir korrupsiyaya görə həbs olundu
Xakasiya Respublikasının nəqliyyat və yol təsərrüfatı naziri Dmitri Vasiliadi korrupsiya işi ilə bağlı iki ay müddətinə həbs edilib. Bu barədə respublika məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb. Məmurun vəzifəli şəxs tərəfindən külli miqdarda rüşvət alma maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 5-ci hissəsinin “c” bəndi) ittiham edildiyi aydınlaşdırılıb. Qeyd olunub ki, Dmitri Vasiliadi 2020-ci ildən nazirliyə rəhbərlik edir. Mənbə: TASS
Oxunub: 360
Xəbəri paylaş
Paylaş: