Azərbaycanlı yüksək vəzifəyə təyin edildi - Zelenskidən sərəncam
Ukrayna Prezidenti Volodimir Zelenski Sergey Popkonu Kiyev şəhər hərbi administrasiyasının rəhbəri vəzifəsindən azad edib və bu vəzifəyə Timur Tkaçenko təyin edilib. Mediaxeberleri.Az xəbər verir ki, Ukrayna liderinin ofisinin yaydığı məlumata görə, Zelenski bununla bağlı müvafiq sərəncamlar imzalayıb. Xatırladaq ki, Timur bu ilin sentyabrında Ukraynada icmaların və ərazilərin inkişafı nazirinin müavini vəzifəsinə təyin olunmuşdu. O, buna qədər isə Ukrayna strateji sənayelər nazirinin müavini olub. Timurun atası Firudin Məmmədov Ukraynada Azərbaycan diasporunun fəal üzvlərindən biri olub. F.Məmmədov 2023-cü ildə vəfat edib.
Oxunub: 336
Xəbəri paylaş
Paylaş: