Bayram günləri Ağstafada polis gücləndirilmiş iş rejimində çalışacaq
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycan polisi Ağstafa rayonunda da gücləndirilmiş iş rejimində işləyəcək. Daxili İşlər Nazirliyinin (DİN) Ağstafa Rayon Şöbəsindən Mediaxeberleri.Az-a verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar nazirliyin bütün orqan və hissələrində olduğu kimi Ağstafada da şəxsi heyət ictimai asayişin və təhlükəsizliyin daha da nümunəvi təmin edilməsi üçün bayram ərəfəsində və bayram günləri gücləndirilmiş iş rejimində çalışacaq. Bayram şənliklərinin təşkil olunduğu, insanların gur toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq. Rayon ərazisində ictimai qayda və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə bütün qüvvə və imkanlar səfərbər ediləcək.