Qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında hazırda müşahidə olunan yağıntılı hava şəraiti noyabrın 28-i axşamadək fasilələrlə davam edəcək. "Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Oxunub: 51
Xəbəri paylaş
Paylaş: