Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Bu ilin yanvar-oktyabr ayları ərzində Türkiyədə Azərbaycan sərmayəsi ilə 166 şirkət təsis olunub. Yeni yaradılan şirkətlərin ümumi sərmayəsi 290 milyon 740 min lirə (8 milyon 402,9 min dollar) olub və bu məbləğin 247 milyon 952 min lirəsini (7 milyon 187 min dollar) Azərbaycan sərmayəsi təşkil edib. Qeyd edək ki, bu il Azərbaycan sərmayəsi ilə Türkiyədə təsis olunan şirkətlərin 21-i səhmdar cəmiyyət (Anonim şirkət), 145-i isə Məhdud Məsuliyyətli Cəmiyyət (Limited şirkət) olub./Yeniavaz.com
Oxunub: 94
Xəbəri paylaş
Paylaş: