Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Son xəbərlər :
  • Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı?
  • Ağstafada iki məktəbli qızı avtomobil vurdu - Təfərrüat
  • Misli Premyer Liqasında X tura "Sumqayıt" - "Şəfa" oyunu ilə yekun vurulur
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • Bakıda evlər sökülür - Kompensasiya məbləği açıqlandı
  • "Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi" - Ağdamdan ev istəyən Aqil Abbas
  • "Bunlar ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiyadır" - Media və Yayım Şurası
  • Kimin evində varsa, bəxti gətirdi
  • İsmayıllıda oğul söyüş söyən atasını öldürdü - Təfərrüat
  • Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus vətəndaşı barədə qərar verildi
  • Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərindən xəbər var
  • ADY qatarlarının birinci sinif salonu gündəlik reyslərdə niyə əlçatan deyil?
  • "Brent" nefti ucuzlaşdı
  • Noyabrda 11 gün iş olmayacaq - Tarixlər
  • Bakı-Qazax magistral yolunda ağır qəza: Bir ailənin 5 üzvü xəsarət alıb
  • İRANLA SƏRHƏDDƏ ATIŞMA - Bir nəfər zərərsizləşdirilib + FOTOLAR
  • Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept
  • “Dünya” qəzetinin sahibi barəsində QƏRAR
  • Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir? - Foto
  • Azərbaycanda bələdiyyə binasında müəmmalı ölüm: Mühasibin meyiti aşkarlandı - Təfərrüat
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

SPİRTLİ İÇKİ BAZARINDA YENİ MƏNZƏRƏ... - “Camaatı aldadıb, keyfiyyətsiz arağı da baha qiymətə satmaq olar”

  • Tarix: 1-11-2024, 07:45

Spirtli içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması ilə bağlı yeni qaydalar müəyyən olunur. Belə ki, Milli Məclisin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif olunan dəyişikliyə görə, pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan olunacaq.

Müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilən qanun layihəsinin alkoqollu içkilərin təhlükəsizliyi və keyfiyyəti sahəsində istehlakçıların hüquqlarının qorunmasına, istehlakçını aldadan hər hansı digər fəaliyyətin qarşısının alınmasına, bu sahədə qanuni fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, qeyri-qanuni istehsalın qarşısının alınmasına xidmət edəcəyi vurğulanır.

Ötən gün bu barədə Milli Məclisdə çıxış edən birinci vitse-spiker Əli Əhmədov deyib ki, hər bir malın hazırlanması, onun texnologiyalara uyğun şəkildə istehsal olunması üçün müəyyən qədər xərclər çəkilməlidir.



“Təbii ki, bu bazar iqtisadiyyatına zidd deyil. Ucuz mala şübhəli münasibət formalaşıb. Orta qəbul edilmiş qiymətdən aşağı olan malı alan olmur. Ona görə də hər malın yoxlanması mümkün olmadığından, qiymət amilindən malın keyfiyyətinə nəzarət kimi istifadə edilir. Azərbaycanda bununla bağlı məşhur bir ifadə var: “ucuz ətin şorbası olmur”. Güman edirəm ki, bu qanun layihəsi istehlakçılarının hüquqlarının qorunması məqsədinə xidmət edir”, - deyə Ə.Əhmədov bildirib.

Spiker Sahibə Qafarova da qeyd edib ki, satış obyektlərində 1-3 manata təklif olunan içkilərin keyfiyyəti aşağı səviyyədədir: “Biz xalqı təmsil edirik. Camaat arasında maarifçilik işi aparmaq lazımdır. Dediniz 1-3 manatlıq içkilər var. Bunu camaat içir. 1 manatlıq içki əslində zəhərdir. Bununla bağlı camaatı maarifləndirməliyik”.

Maraqlıdır, sözügedən qanun layihəsi qəbul olunsa, bu sahədə təhlükəsizlik və keyfiyyət həqiqətən artacaq?

İqtisadçı Xalid Kərimli hesab edir ki, qiymətin artırılması ilə keyfiyyəti tənzimləmək doğru bir yanaşma deyil. Ekspert bildirir ki, spirtli içkilərin tərkibinin insan sağlamlığına ziyan vurmayacaq, müəyyən standartlara cavab verəcək şəkildə təqdim edilməsi ilk növbədə sahibkarın borcudur.



“Bu sahəyə nəzarət edən dövlət qurumlarının da borcudur ki, gedib istehlak bazarında nəzarəti təşkil etsin. Söhbət təkcə spirtli içkilərdən getmir, bura ərzaq məhsullarının yoxlanılması da aid edilə bilər. Düşünürəm ki, burada ilk növbədə səlahiyyətli dövlət qurumları öz işlərini düzgün qurmalıdırlar. Digər tərəfdən, bazar iqtisadiyyatıdır və qiyməti bazar tənzimləməlidir. Hökumət bu rəqəmlərlə oynamamalı, inzibati tədbirlərə sonda baxmalıdır. Məlumdur ki, spirtli içkilər mağzalarda satılır. Yoxlama nəticəsində mağaza sahibinin həmin məhsulu haradan aldığını asanlıqla müəyyən etmək, lazım gələrsə, o sexə qarşı cəza tədbirlərinə baş vurmaq olar”,-deyə ekspert bildirib.

Ekspertə görə, sözügedən qanun layihəsi rəqabət apara bilməyən araq istehsalçılarının mənafeyini qorumağa hesablanıb:“Camaatı aldadıb, keyfiyyətsiz arağı da baha qiymətə satmaq olar. Qiymət bahadırsa, keyfiyyət də yaxşı olacaq deyə bir anlayış yoxdur. Ümid edirlər ki, bu yolla keyfiyyətsiz spirtli içkilərin bazara girişi məhdudlaşacaq. Digər tərəfdən, qiymətin artması spirtli içkilərə təlabatı azaldacaq. Dünya təcrübəsində də belə qanunlar var. Məsələn, Birləşmiş Krallığa daxil olan ölkələrdə, Türkiyədə bu təcrübədən istifadə olunur. Alkoqol insan sağlamlığına ziyan olduğundan, onlar qiyməti artırmaqla, keyfiyyətli alkoqolun belə istehlakını azaltmaq istəyirlər”.

Azərbaycanda vəziyyət necədir?

Qeyd edək ki, Azərbaycan beynəlxalq hesabatlarda alkoqol istehlakına görə heç də ön sıralarda yer almır. Məsələn, ölkəmiz 2023-cü ilə dair hesabatların birində 189 ölkə arasında 142-ci yerdə qərarlaşıb. Ölkədə həmin il adambaşına düşən spirtli içki miqdarı 1.38 litr olub. Ümumdünya Səhiyyə Təşkilatının sonuncu hesabatında isə diqqətçəkən bir məqam özünü biruzə verir. ÜST-ün sonuncu hesabatında qeyd olunur ki, əvvəlki 3 ilə nisbətən Azərbaycanda adambaşına düşən alkoqol istehlakı 2.5 dəfə artıb. Hazırda ölkədə adambaşına düşən alkoqolun miqdarı 2 litrdir. Bəzi proqnozlora görə, bu göstərici gələn il 2.5, 2030-cü ildə isə 3.9 litrə yüksələcək. Azərbaycan əhalisi il ərzində spirtli içkilərə ortalama 400-500 milyon manat xərcləyir.



Kliniki Tibbi Mərkəzin mətbuata verdiyi məlumatda isə qeyd olunur ki, son bir ildə ölkəmizdə alkoqollu içkilərdən zəhərlənənlərin sayı 124 nəfər olub.

Deputat Qüdrət Həsənquliyev də düşünür ki, qiymətin artırılmasını sağlamlığı əsas götürməklə əsaslandırmaq düzgün yanaşma hesab oluna bilməz.



Millət vəkili bildirib ki, bazar iqtisadiyyatı olan ölkələrdə dövlət qiyməti vergilər, rüsumlar yolu ilə tənzimləmir, yəni qiymət müəyyənləşdirmir: “Sabah da deyəcəyik ki, insan orqanizmi üçün çox vacib olan qidalar var, gəlin həmin qidalar üçün də yuxarı hədd müəyyənləşdirək ki, sahibkar öz malını bundan baha qiymətə sata bilməsin. Hesab edirəm ki, bu, yolverilməzdir. İkincisi, qiymətin artırılması nə vaxtdan istehlakçıların hüquqlarının müdafiəsi kimi təqdim oluna bilər? Qeyd olunur ki, bu, həm də saxta içkilərin qarşısını alacaq. Əvvəla, içkinin saxta olması onun keyfiyyətsiz olması demək deyil, bu, kölgə iqtisadiyyatının bir sahəsi ola bilər. Hətta onların qeydiyyatdan keçmiş zavodlarda istehsal olunan içkilərdən də keyfiyyətli olması mümkündür. Sadəcə olaraq, o mənada saxta adlandırıla bilər ki, qeydiyyatdan keçməyib. Digər tərəfdən, onun keyfiyyətli olub-olmamasını yalnız müvafiq laboratoriyalarda müəyyənləşdirmək mümkündür. Saxta içkilərə qarşı hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi effektli mübarizə aparmalıdır. Spirtli içki aksizli mal sayılır və buna görə hazırda Vergi Məcəlləsində hər litrə görə 4.8 manat aksiz vergisi nəzərdə tutulub. Yəni 4.8 manatı qaldırıb edək 10 manat. Yəni istehsal olunan mal zavodun həyətindən çıxdığı andan, tutaq ki, hər litrə görə 10 manat aksiz vergisi ödəsin. Bu halda o məcburdur ki, malın maya dəyərini də qiymətə əlavə eləsin, yəni içkinin qiyməti qalxmış olacaq”.

İqtisadçı-ekspert Natiq Cəfərli də bildirib ki, spirtli içkilərin minimal qiymətinin dövlət tərəfidən tənzimlənməsi doğru yanaşma hesab oluna bilməz.



Ekspert qeyd edib ki, yeni dəyişiklik ölkədə ciddi problemlərə səbəb olacaq: “Hesab edirəm ki, bazarda kustar üsullarla, yəni ev şəraitində hazırlanmış spirtli içkilərin sayı çoxalacaq və nəticədə daha çox insan bundan zərər görəcək. Həmçinin ölkəyə qeyri-qanuni yollarla spirtli içki idxalı da artacaq. Düşünürəm ki, yanaşmanın özü doğu deyil. Əgər insan sağlamlığına ziyan vuran ucuz spirtli içkilər varsa, qanunvericiliyin digər müddəalarından istifadə edərək bunun qarşısını almaq olardı”.

Spirtli içkilərin qiyməti bahalaşır

Rəsmi məlumatlara görə, cari ilin sentyabr ayında Azərbaycanda pərakəndə ticarət mərkəzlərində bir litr yerli arağın orta satış qiyməti 14,54 manat olub. Bu, cari ilin yanvar ayı ilə müqayisədə 76 qəpik bahadır. Yanvarda marketlərdə Azərbaycanda istehsal edilən arağın 1 litrinin orta satış qiyməti 13,78 manat idi. Bununla yanaşı, xaricdən gətirilən arağların bir litrinin orta satış qiyməti sentyabr ayında 27,76 manat olub ki, bu da, yanvar ayı ilə müqayisədə 40 qəpik bahadır.

Bundan başqa, yanvar ayı ilə müqayisədə sentyabr ayında yerli istehsal brendi ilə satışa çıxarılan konyakın marketlərdə bir litrinin qiyməti 72 qəpik, xarici istehsal brendi ilə satışa çıxarılan konyakın qiyməti 1,14 manat bahalaşıb. Bəhs olunan dövrdə yerli viskinin qiyməti 1 manat, xarici viskinin qiyməti 1,98 manat, yerli süfrə şərabının qiyməti 20 qəpik, xarici süfrə şərabının qiyməti 10 qəpik, yerli pivənin qiyməti 8 qəpik, xarici pivənin qiyməti 12 qəpik bahalaşıb.

Elvin Bəyməmmədli

“AzPolitika.info”


Oxunub: 669
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 12:32 | Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı?
    Bu gün, 12:22 | Ağstafada iki məktəbli qızı avtomobil vurdu - Təfərrüat
    Bu gün, 12:17 | Misli Premyer Liqasında X tura "Sumqayıt" - "Şəfa" oyunu ilə yekun vurulur
    Bu gün, 12:13 | Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Bu gün, 11:58 | Bakıda evlər sökülür - Kompensasiya məbləği açıqlandı
    Bu gün, 11:53 | "Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi" - Ağdamdan ev istəyən Aqil Abbas
    Bu gün, 11:50 | "Bunlar ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiyadır" - Media və Yayım Şurası
    Bu gün, 11:38 | Kimin evində varsa, bəxti gətirdi
    Bu gün, 11:35 | İsmayıllıda oğul söyüş söyən atasını öldürdü - Təfərrüat
    Bu gün, 11:32 | Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus vətəndaşı barədə qərar verildi
    Bu gün, 11:27 | Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərindən xəbər var
    Bu gün, 10:47 | ADY qatarlarının birinci sinif salonu gündəlik reyslərdə niyə əlçatan deyil?
    Bu gün, 10:40 | "Brent" nefti ucuzlaşdı
    Bu gün, 10:36 | Noyabrda 11 gün iş olmayacaq - Tarixlər
    Bu gün, 10:31 | Bakı-Qazax magistral yolunda ağır qəza: Bir ailənin 5 üzvü xəsarət alıb
    Bu gün, 10:27 | İRANLA SƏRHƏDDƏ ATIŞMA - Bir nəfər zərərsizləşdirilib + FOTOLAR
    Bu gün, 09:06 | Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept
    Bu gün, 09:04 | “Dünya” qəzetinin sahibi barəsində QƏRAR
    Bu gün, 09:01 | Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir? - Foto
    Bu gün, 08:57 | Azərbaycanda bələdiyyə binasında müəmmalı ölüm: Mühasibin meyiti aşkarlandı - Təfərrüat
    Bu gün, 08:53 | Üç gündə Rusiyaya dəyən zərər: 33 milyon ton neft...
    Bu gün, 08:51 | Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir? - Video
    Bu gün, 07:54 | Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...
    Dünən, 22:01 | KORRUPSİYAYA GÖRƏ HƏBS OLUNAN İCRA BAŞÇILARI - Kim nə qədər cəza alıb? + SİYAHI
    Dünən, 21:51 | Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
    Dünən, 21:45 | Goranboyda avtomobil piyadanı vuraraq öldürdü
    Dünən, 20:31 | TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
    Dünən, 18:18 | 2-ci Liqa: "Ağstafa Gəncləri" “Şəki”ni darmadağın etdi - Video
    Dünən, 18:01 | Zərdüşt Əlizadənin bacısı vəfat etdi
    Dünən, 17:56 | “Neftçi” liderliyə yüksəldi
    Dünən, 16:23 | Putin-Tramp-Szinpin görüşü olmayacaq - Bovt
    Dünən, 16:22 | Media və Yayım Şurasından jurnalistlərə qarşı hücumlarla bağlı BƏYANAT
    Dünən, 16:21 | "İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi
    Dünən, 16:20 | 30 illik media salnaməsi: Mətbuat Şurası “Şərq”in xidmətlərini önə çəkdi
    Dünən, 16:19 | Üç gündə Rusiyanın neft emalı gücünün 10 faizi sıradan çıxarıldı
    Dünən, 16:17 | “Qalatasaray” vitse-prezidenti istefa verdi
    Dünən, 16:15 | Rusiya Azərbaycan Ordusunun bəzi müəssisələrinin modernləşdirilməsində iştirak edəcək
    Dünən, 16:03 | DİN: "APA Group" un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb - YENİLƏNİB
    Dünən, 15:54 | Ağstafada məktəbin həyətində qəza baş verib - FOTO
    Dünən, 14:10 | Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
    Dünən, 14:03 | Bakıda məşhur restoranda zəhərlənmə iddiası: AQTA araşdırmalara başladı - FOTOLAR
    Dünən, 14:01 | Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri
    Dünən, 12:53 | Erməni ordusunda on ayda 17-ci ölüm hadisəsi – Daha bir əsgər güllələnib
    Dünən, 12:45 | Bakıda daha bir jurnalistə hücum edildi - Video
    Dünən, 12:36 | Bakıda daha bir jurnalistə hücum edildi - Video
    Dünən, 12:35 | Qəhrəman şəhidlərimizin unudulmaz xatirəsi hər zaman böyük ehtiram və dərin minnətdarlıq hissi ilə yad olunur
    Dünən, 12:20 | Azərbaycanda bəzi kolleclər ləğv olunur? - Foto
    Dünən, 12:19 | Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunu təbrik edib
    Dünən, 12:10 | Göygöldə qəzada dörd nəfər xəsarət aldı
    Dünən, 12:01 | VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.