Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
  • Salah Misir millisində rekorda imza atdı
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
  • Xəyyam Salehov müdir təyin edildi - FOTO
  • Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
  • İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
  • Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
  • Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
  • Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
  • Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Millimiz Lixtenşteynə qalib gəldi
  • Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
  • Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
  • Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
  • Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
  • Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
  • Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
  • Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Abortlarla bağlı dəhşət saçan statistika - Hansı məsuliyyət var?

  • Tarix: 7-10-2024, 08:13

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 73 816 abort qeydə alınıb. Abort edənlərin çoxunun yaşı gəncdir. Belə ki, 2023-cü ildə abort edən qadınların 50 faizdən çoxu, yəni 37 min nəfəri 15-29 yaş aralığındadır. Statistikaya görə, ötən il 15-17 yaş aralığında 68 qadın, 18-19 yaş aralığında olan 2 528 qadın abort etdirib. 2021‑ci ildə abort edənlərin sayı 46 877, 2022‑ci ildə 57 999 olub. 15‑49 yaşlı hər 1 000 qadına düşən abortların sayı 27,9 təşkil edib. Statistikadan da görünür ki, say çox sürətlə artır. Aparılan təbliğat da heç bir effekt vermir. Bəs, görəsən, problemin həlli yolları varmı? Bəlkə artıq inzibati qaydada hansısa addımların atılmasının vaxtı çatıb?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov da ölkədə abortların sayının artdığını təsdiqləyir. 

Onun sözlərinə görə, son 10 il ərzində abortların bir necə dəfə artması müxtəlif səbəblərlə bağlıdır: "Yaş kateqoriyası üzrə bölgüyə diqqət yetirsək görə bilərik ki, abortlar 25-34 yaş arasında olanlar arasında daha çox tətbiq olunur. Bu, nikah yaşı dövrüdür. Bu kimi halların mövcudluğu onu göstərir ki, bu gün gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı bilikləri azdır. Bu mövzular ətrafında işlərin daha gücləndirilmiş bir formada aparılmasına ehtiyac var ki, ailələr aborta yalnız alternativ variant olmadığı halda müraciət etsinlər. Abortları yaradan digər səbəblər isə cəmiyyətdə hələ də mövcud olan stereotiplərdir. Bu stereotiplər ailədə oğlan uşaqlarına qarşı olan üstünlük və istəkdən irəli gəlir”.



R.Mahmudov vurğulayır ki, beynəlxalq praktikada bu kimi halların qarşısını almaq üçün normativ hüquqi bazada ana bətnində olan dölün cinsiyyətinin müəyyən edilməsi ilə bağlı qadağa mövcuddur: "Digər ölkələrin təcrübəsinin öyrənilməsi istiqamətində aparılan araşdırmalar göstərib ki, USM-nin səhiyyədə tətbiqindən sonra selektiv abortların sayında artım müşahidə olunub. Son illər eyni tendensiyanı bizdə də görmək olar. Bunun nəticəsi bu gün Azərbaycanda hər 100 qız uşağına 114-116 oğlan uşağının dünyaya gəlməsidir. Normada bu göstərici 100 qız uşağına 104-105 oğlan uşağının olmasıdır. USM-nin əsas istiqaməti ana bətnində olan uşağın sağlamlığının qorunması, yoxlanılması və izlənilməsidir. Lakin valideynlər burada cinsiyyətin müəyyən olunmasını prioritet olaraq seçirlər. Əgər USM müayinəsi aparan həkimlərə dölün cinsinin müəyyən edilməsinə qadağa qoyulsa, bu, həm selektiv abortlarının yayılmasına və qarşısının alınmasına, eyni zamanda cins nisbətinin stabilləşdirilməsinə kömək edə bilər”.

Hüquqşünas Ruslan Vəliyev hesab edir ki, abortların qarşısını almaq üçün inzibati qaydada müdaxilənin vaxtı çoxdan yetişib. Onun fikrincə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq əlavələrin edilməsi zəruridir: "Azərbaycanda abortların sayının artması birmənalı şəkildə selektiv abortlardan qaynaqlanır. Qanunvericilikdə selektiv abortla bağlı hər hansı məsuliyyət yoxdur. Düzdür, "Əhalinin sağlamlığının qorunması haqqında” qanun var. Həmin qanunda hansı hallarda və hansı səbəblərdən aborta icazə verildiyi barədə qeyd edilib. Amma yaxşı olardı ki, abortlarla bağlı məsələ ən azından İnzibati Xətalar Məcəlləsinə salınsın və hər iki tərəf üçün məsuliyyət yaratsın”.

R.Vəliyev deyir ki, mövcud problem kompleks yanaşma tələb edir: "Biz əminliklə deyə bilmərik ki, bununla bağlı inzibati məsuliyyət yaranandan sonra vəziyyət müsbətə doğru dəyişəcək. Mövcud problemə kompleks yanaşma lazımdır. İlkin olaraq İnzibati Xətalar Məcəlləsinə müvafiq sanksiyalar əlavə etmək və həmin sanksiyaları təcrübədə tətbiq etməklə kifayətlənmək olar. Tibb müəssisələri üçün nəzərdə tutulan bu cərimə sanksiyalarının məbləği 20-30 min manat civarında olmalıdır. Əgər vəziyyət dəyişməzsə, o halda Cinayət Məcəlləsinə də müvafiq maddələr əlavə edilə bilər. Əməliyyatı icra edən tibb personalı ya həbs cəzası almalı, ya da fəaliyyətinə qadağa qoyulmalıdır”.



Sosioloq Əhməd Qəşəmoğlu indiyədək bu istiqamətdə aparılan təbliğat və maarifləndirmə işlərini qənaətbəxş hesab etmir. Onun fikrincə, abortların qarşısının alınması yönündə atılan addımlar kortəbii xarakter daşıyır: "Gərək ölkədə bununla bağlı sosial siyasət dəyişsin, ümumi fəaliyyət planı hazırlansın. Yoxsa insanlara "ayıbdır, günahdır, abort etməyin” deməklə bu məsələ həllini tapmaz. Əsas səbəbləri aydınlaşdırmaq lazımdır. Bir tərəfdən ciddi elmi əsaslarla, yeni metodla maarifləndirmə olmalıdır. Digər tərəfdən, bu sahədə müəyyən bir hüquqi təzyiq yaradılmalıdır. Çalışmaq lazımdır ki, insanlar özləri bunu dərk eləsinlər".

Cərrah mama-ginekoloq Ləman Əliyeva da inzibati qaydada təsir mexanizmlərinin yaradılmasının tərəfdarıdır: "Görürük ki, problemi maarifləndirmə, təbliğat aparmaqla aradan qaldırmaq mümkün deyil. Məsələn, mən abort üçün yanıma gələn xəstədən imtina etsəm, o, başqa həkimin yanına gedəcək. Amma abortlarla bağlı inzibati qaydada təsir mexanizmləri olsa, vəziyyət müəyyən qədər dəyişə bilər”. ("Kaspi" qəzeti")


Oxunub: 522
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Bu gün, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Bu gün, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Bu gün, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Bu gün, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Bu gün, 11:02 | İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
    Bu gün, 10:57 | Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
    Bu gün, 10:55 | Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
    Bu gün, 10:53 | Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
    Bu gün, 09:33 | Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
    Bu gün, 09:30 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 01:39 | Millimiz Lixtenşteynə qalib gəldi
    Dünən, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    Dünən, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    Dünən, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    Dünən, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    Dünən, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    Dünən, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    Dünən, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    Dünən, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    Dünən, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    Dünən, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Dünən, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    Dünən, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    Dünən, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Dünən, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    Dünən, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    Dünən, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    Dünən, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Dünən, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    Dünən, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    Dünən, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Dünən, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Dünən, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Dünən, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Dünən, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Dünən, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Dünən, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Dünən, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    12-11-2026, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    12-11-2026, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    12-11-2026, 23:04 | Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
    12-11-2026, 23:02 | Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
    12-11-2026, 23:00 | ABŞ-da neft hasilatı rekord həddə çatdı
    12-11-2026, 21:26 | Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
    12-11-2026, 21:25 | Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
    12-11-2026, 21:22 | Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
    12-11-2026, 19:58 | KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
    12-11-2026, 19:53 | Tramp Meksikanı hədələdi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.