Mediaxeberleri.az
    
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI

Son xəbərlər :
  • Rusiya Trampla razılaşmadan 7 milyard dollar qazanacaq
  • Maşını elektrik dirəyinə çırpan sürücünü tok vurub öldürdü
  • Dünya çempionatı: Millimiz Avstriyaya qalib gəldi
  • Ukrayna “Yandeks”in daha bir data mərkəzini vurdu
  • Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal
  • "Biri varlı geyinir, biri kasıb, vahid forma olmalıdır" - Sakinlər nə düşünürlər? - Video
  • Qazaxda ilk dəfə bədii gimnastika üzrə "Grace of Nature" adlı turnir keçirilir
  • Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir - Niyə?
  • İsmayıllıda ev və köməkçi tikili yandı
  • Repetitorlar çətin sınaq qarşısında
  • Prezident 7 rayonun icra başçısı ilə bağlı sərəncam İMZALADI
  • Bu rayonlara qar yağıb - Hava məlumatı
  • Birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi
  • Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam
  • İlham Əliyev fərman imzaladı
  • Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?
  • "Qarabağ"ın hücumçusu “Olimpiakos”un düşərgəsində
  • Tovuzda ildırım yaşayış binasına düşdü - Foto
  • "Neftçi" "Sabah"la heç-heçə etdi, "Kəpəz" "Araz-Naxçıvan"a qalib gəldi
  • “Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirildi - FOTO, VİDEO

  • Tarix: 27-05-2026, 11:55




Mayın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli ictimai-siyasi xadim, sabiq millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə möhtəşəm ədəbi-bədii gecə keçirilib.

Musavat.com-un məlumatına görə, yubiley tədbirindən əvvəl Azərbaycan Milli Kitabxanası tərəfindən teatrın foyesində geniş kitab sərgisi təşkil olunub. Sərgidə Sabir Rüstəmxanlının yaradıcılıq arsenalına aid olan qiymətli əsərlərinin toplusu, müxtəlif illərdə nəşr edilmiş bütün kitabları nümayiş etdirilib. Eyni zamanda yubilyar haqqında son günlərdə çap olunan dörd yeni kitabın təqdimatı keçirilib. Kitab sərgisi ilə tanış olan mədəniyyət naziri Adil Kərimli nəşrləri Sabir Rüstəmxanlıya təqdim edib.

Yubiley gecəsində Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev, Baş nazirin müavini Samir Şərifov, mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, millət vəkilləri, alimlər, yazıçılar, ictimai xadimlər, mədəniyyət nümayəndələri, media mənsubları, Xalq şairinin oxucuları iştirak ediblər. Gecə Sabir Rüstəmxanlının həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Daha sonra Baş nazirin müavini Samir Şərifov çıxış edərək Baş nazir Əli Əsədovun yubilyara ünvanladığı geniş təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Məktubda bildirilib ki, Sabir Rüstəmxanlı uzun illər ərzində zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verib, ictimai-siyasi fəaliyyəti ilə ölkənin həyatında yaxından iştirak edib. Qeyd olunub ki, Sabir Rüstəmxanlı uzun illər Milli Məclisin deputatı kimi fəal vətəndaş mövqeyi nümayiş etdirərək dövlətçiliyə xidmət göstərib. Təbrik məktubunda Sabir Rüstəmxanlının yaradıcılığının xalqın tarixi yaddaşını yaşatdığı, milli-mənəvi dəyərləri və azadlıq ideallarını tərənnüm etdiyi vurğulanıb. Eyni zamanda onun dünya azərbaycanlılarının həmrəyliyi və milli birlik ideyalarının təbliğində mühüm rol oynadığı qeyd edilib. Məktubda Sabir Rüstəmxanlının həm Azərbaycan ədəbiyyatı və mədəniyyəti, həm də ictimai-siyasi həyatındakı mühüm xidmətləri xüsusi vurğulanıb. Baş nazir Əli Əsədov məktubun sonunda yubilyara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və uzun ömür arzulayıb.

“Sabir Rüstəmxanlı təkcə şair kimi deyil, həm də ictimai-siyasi xadim olaraq ölkənin ictimai həyatında fəal iştirak edib, dövlətçilik və milli həmrəylik istiqamətində mühüm fəaliyyət göstərib”, S.Şərifov yekunda bildirib.

Daha sonra Milli Məclisin üzvü, akademik Rəfael Hüseynov geniş məruzə ilə çıxış edərək Sabir Rüstəmxanlının yaradıcılığının milli düşüncənin formalaşmasında rolundan danışıb.

Sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli yubilyarın Azərbaycan ədəbi-mədəni fikir tarixindəki yerini yüksək qiymətləndirib.

“Şair həm yaradıcılığı, həm də vətəndaş mövqeyi ilə cəmiyyətdə böyük nüfuz qazanıb. O, zəhmətkeş ailədə böyüyüb, uşaqlıq və gənclik illərində kənd həyatının çətinliklərini yaxından görüb. Bu həyat təcrübəsi sonradan onun yaradıcılığında da öz əksini tapıb, əsərlərinə xalq ruhu və milli düşüncə gətirib. Sabir Rüstəmxanlı yaradıcılığında azərbaycançılıq ideyasına daim sadiq qalıb. O, Cəlil Məmmədquluzadə ənənələrindən gələn milli düşüncə xəttini müasir dövrün ictimai-siyasi və ədəbi mühitində davam etdirərək, həm əsərləri, həm də fəaliyyəti ilə bu ideologiyanın inkişafına töhfə verib”, AMEA prezidenti bildirib.

Deputat, professor Fəzail İbrahimli çıxışında Sabir Rüstəmxanlının milli ideyaların və istiqlal düşüncəsinin təbliğindəki xidmətlərindən bəhs edib. Millət vəkili Sabir bəyin 80 yaşa gümrah gəlib çatmasının sirrini də açıb. Şairin “Ürək Allah ocağıdır, Ürəkdə kin yaşatmazlar” misralarını xatırladaraq bildirib ki, Sabir Rüstəmxanlı ürəyində kin yaşatmayıb, əksinə, onu sevənlərlə yanaşı, sevməyənləri də ürəyinin ocağında isinməyə dəvət edib hər zaman.

Türkiyədən gələn qonaq, yazıçı İmdat Avşar çıxışında Sabir Rüstəmxanlı haqqında qardaş ölkədə nəşr olunan kitabını təqdim edib və yubilyarın türk dünyası üçün önəmindən danışıb:

“Sabir Rüstəmxanlı yaradıcılığında yalnız Azərbaycana deyil, bütövlükdə Türk dünyasına xitab edən ideyalar yer alır. Yazıçının əsərləri bir-biri ilə iç-içə keçərək daha böyük məna dairəsi yaradır və bu yaradıcılıq sərhədləri aşaraq müxtəlif coğrafiyalarda oxuculara təsir göstərir. Sabir Rüstəmxanlının əsas fərqi onun illər boyu eyni ideya və amal xəttinə sadiq qalmasıdır. O, həm yaradıcılıqda, həm də ictimai düşüncədə milli kimlik və mənəvi bağlılıq mövzusunu davamlı şəkildə qoruyub saxlayıb”.

Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu çıxışında müxtəlif türk respublikalarının və xarici ölkələrin yazıçılar birlikləri rəhbərlərinin təbriklərini çatdırıb.

Rusiya paytaxtından tədbirə qatılan professor-alim Abuzər Bağırov çıxış edərək Rusiyadakı ədəbi çevrələrin salamlarını Sabir Rüstəmxanlıya çatdırıb, həmçinin yubilyara diplom və xatirə hədiyyələri təqdim edib. O, “Literaturnaya qazeta”da Sabir Rüstəmxanlı haqqında dərc olunmuş yubiley yazısını təqdim edib.

Şair və publisist Aqşin Yenisey də Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatında və xüsusilə gənc nəsil yazarların formalaşmasında mühüm rol oynadığını bildirib.

Tədbirin bədii hissəsində Sabir Rüstəmxanlının şeirləri səsləndirilib, onun sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

Əməkdar artist Elnar Qarayev “Yandırar məni” və “Anaya məktub” şeirlərini təqdim edib. Xalq artisti Mehriban Zəki, Kamran Yunus, Sabir Məmmədov, Hüsniyyə Mürvətova, Laləzar Mustafayeva və Tural Əhməd yubilyarın şeirlərindən nümunələr səsləndiriblər.

Xalq artistləri Qoçaq Əsgərov, Ağadadaş Ağayev, Faiq Ağayev və Aynur İsgəndərli Sabir Rüstəmxanlının sözlərinə bəstələnmiş mahnılarla çıxış ediblər. Gecədə, həmçinin xorun ifasında möhtəşəm “Millətəm” mahnısı səsləndirilib.

Gecədə Atatürk Liseyinin şagirdlərinin ifasında “Qarabağa dönüş” kompozisiyası nümayiş olunub.

Tədbir çərçivəsində Sabir Rüstəmxanlının ssenarisi əsasında çəkilən “Cavad xan” filmindən bir hissə nümayiş etdirilib. Sabir Rüstəmxanlının nəvələrinin şeir təbriki də böyük maraqla izlənilib, alqışlarla qarşılanıb.

Elə nəvələrinin ifasından sonra tədbirdə yekun çıxış üçün tribunaya qalxan Sabir Rüstəmxanlı “Bizim bütün tariximiz belədir.

Biz gedirik, növbəti nəsil, nəvələr gəlir. Dünyanın gözəllikləri də elə bundadır”, deyərək çıxışa başlayıb. Yubilyar səmimi təşəkkürlərini çatdırıb:

“Mən hamınıza təşəkkür etmək istəyirəm. Burada çıxış edənlərin hər birinə, mənim haqqımda, keçdiyim yollar haqqında ürəklə danışan qələm dostlarıma, gənclik dostlarıma, Türkiyədən, Moskvadan gələn dostlarıma, bu səhnəni bəzəyən aktyorlara xüsusi minnətdarlığımı bildirirəm.

Bu gecənin təşkili, əlbəttə ki, asan məsələ deyildi. Hamımız bilirik ki, belə tədbirlərin ərsəyə gəlməsi böyük zəhmət tələb edir. Buna baxmayaraq, bu çətin hava şərtləri içində bura gələn hər bir insan mənim üçün doğmadır, əzizdir. Hamınıza təşəkkür edirəm, var olun!”

Xalq şairi Azərbaycanın inkişafına mane olan amillərə qarşı birgə mübarizənin əhəmiyyətindən bəhs edib, bu yolda ədəbiyyatın misilsiz faydasından danışıb. Sabir Rüstəmxanlı dilimizin saflığının qorunmasının əhəmiyyətindən bəhs edib.

Yüksək səviyyədə keçən yubiley tədbiri “Zəfər” rəqsi ilə yekunlaşıb.


Oxunub: 3 404
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 12:07 | Rusiya Trampla razılaşmadan 7 milyard dollar qazanacaq
    Bu gün, 12:04 | Maşını elektrik dirəyinə çırpan sürücünü tok vurub öldürdü
    Bu gün, 12:02 | Dünya çempionatı: Millimiz Avstriyaya qalib gəldi
    Bu gün, 12:00 | Ukrayna “Yandeks”in daha bir data mərkəzini vurdu
    Bu gün, 00:00 | Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal
    Dünən, 23:32 | "Biri varlı geyinir, biri kasıb, vahid forma olmalıdır" - Sakinlər nə düşünürlər? - Video
    Dünən, 16:56 | Qazaxda ilk dəfə bədii gimnastika üzrə "Grace of Nature" adlı turnir keçirilir
    Dünən, 13:04 | Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir - Niyə?
    Dünən, 13:02 | İsmayıllıda ev və köməkçi tikili yandı
    Dünən, 11:40 | Repetitorlar çətin sınaq qarşısında
    Dünən, 11:29 | Prezident 7 rayonun icra başçısı ilə bağlı sərəncam İMZALADI
    Dünən, 11:15 | Bu rayonlara qar yağıb - Hava məlumatı
    Dünən, 11:14 | Birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi
    Dünən, 11:06 | Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam
    Dünən, 11:05 | İlham Əliyev fərman imzaladı
    Dünən, 07:33 | Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?
    Dünən, 07:31 | "Qarabağ"ın hücumçusu “Olimpiakos”un düşərgəsində
    9-10-2026, 21:54 | Tovuzda ildırım yaşayış binasına düşdü - Foto
    9-10-2026, 21:27 | "Neftçi" "Sabah"la heç-heçə etdi, "Kəpəz" "Araz-Naxçıvan"a qalib gəldi
    9-10-2026, 20:20 | “Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib
    9-10-2026, 20:14 | Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - RƏSMİ
    9-10-2026, 20:06 | Qida zəhərlənmələrinin böyük qismi ev şəraitində gigiyena tələblərinə uyğun hazırlanmayan konservlərdir - RƏSMİ
    9-10-2026, 18:42 | Ağstafada vətəndaşların növbəti səyyar qəbulu keçirilib
    9-10-2026, 18:34 | Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb
    9-10-2026, 16:33 | Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
    9-10-2026, 15:40 | PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    9-10-2026, 12:59 | Lukaşenko Moldovanın MDB-dən çıxmaq qərarını tənqid etdi
    9-10-2026, 12:57 | Azad edilmiş ərazilərdə güzəşt tətbiq edilən yeni istehsal və sənaye sahələri məlum oldu - Foto
    9-10-2026, 12:16 | Söhbət sağ qalmaqdan gedir – Kliçko Kiyev sakinlərinə müraciət etdi
    9-10-2026, 12:01 | Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
    9-10-2026, 11:56 | Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    9-10-2026, 11:52 | DİM-DƏ KADR DƏYİŞİKLİYİ - Abbaszadə əmr imzalayıb + FOTO
    9-10-2026, 11:49 | Çindən ABŞ-yə kimi 28-dən çox ölkənin rəsmiləri Bakıya gəlir
    9-10-2026, 11:42 | Məşhur görəndə özünü itirmək xəstəlikdir? - Bir FOTOnun min hoqqası
    9-10-2026, 11:39 | Yasamal rayonunda şəhidlərin anım mərasimi keçirildi
    9-10-2026, 11:37 | Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
    9-10-2026, 11:35 | Bu gün Azərbaycan kubokunda I mərhələ başa çatır - TƏQVİM
    9-10-2026, 11:29 | “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    9-10-2026, 11:26 | Noyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
    9-10-2026, 11:22 | ADY-nin ən çox sərnişin gedən 5 stansiyası açıqlandı
    9-10-2026, 11:19 | Qaradağda əsgərləri daşıyan avtobus aşdı
    9-10-2026, 11:06 | Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır - Prezident
    9-10-2026, 10:58 | Paşinyan Azərbaycan mahnısı ilə videosunu paylaşdı – "Sizi sevirəm"
    9-10-2026, 10:55 | 6 yaşlı uşağı döyən müəllim saxlanıldı
    9-10-2026, 10:54 | “Azərsun“ məşhur şirkəti özünə birləşdirdi
    9-10-2026, 10:26 | “TikTok”da “Daşqın əmlak ofisi” vətəndaşları necə aldadıb?
    9-10-2026, 10:19 | C5-DƏN C6-YA TARİXİ KEÇİD... - Azərbaycanın Mərkəzi Asiya həmləsi
    9-10-2026, 10:12 | VALIDEYNLƏR TƏDRISƏ CƏLB EDILSƏ NƏ BAŞ VERƏR?
    9-10-2026, 10:03 | AFFA UEFA-nın qərarına qarşı çıxıb
    9-10-2026, 09:55 | Elvin Mahmudzadə həbs edildi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.