Britaniya Rusiya tankerini ələ keçirdi
Britaniya Silahlı Qüvvələri La-Manş sularında Rusiyanın “kölgə donanması”na məxsus neft tankerini ələ keçirib. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Britaniya Baş naziri Keyr Starmer X hesabında yazıb. "Bu gün səhər tezdən mən Silahlı Qüvvələrimizə La-Manşdan keçməyə cəhd edən “kölgə donanması”nın neft tankerini ələ keçirmək əmri verdim. Bu uğurlu əməliyyat Rusiyaya növbəti zərbəni vurur və Ukraynadakı müharibəni qidalandıranlara gizlənmələrinə imkan verməyəcəyimizi xatırladır", - Starmer bildirib. Baş nazir ölkənin təhlükəsizliyini təmin edən hərbçilərə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edib.
Oxunub: 35
Xəbəri paylaş
Paylaş:





















