Gürcüstanda təhsil almaq istəyənlərin nəzərinə!
Bakının Mərkəzi Parkında bir qrup gəncin velosipedlə təhlükəli hərəkətlər etməsi ətrafdakı vətəndaşların diqqətini çəkib. Medıaxeberlerı.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə zamanı gənclər velosipedlə parkın pilləkənlərindən yüksək sürətlə üzüaşağı hərəkət edərək müxtəlif riskli fəndlər nümayiş etdiriblər. Onların davranışı həm öz həyatları, həm də ərazidə olan digər şəxslər üçün təhlükə yaradıb. Şahidlərin sözlərinə görə, gənclər velosipedlərlə bir neçə dəfə pilləkənlərdən enərək akrobatik hərəkətlər etməyə çalışıblar. Bu zaman hər hansı qəza qeydə alınmasa da, baş verə biləcək bədbəxt hadisə ehtimalı narahatlıq doğurub. Sosial şəbəkələrdə yayılan görüntülər də müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi bunu ekstremal idman həvəsi kimi qiymətləndirsə də, digərləri ictimai yerlərdə bu cür təhlükəli hərəkətlərin yolverilməz olduğunu bildiriblər.





















