DÇ-2026: Türkiyə millisi Avstraliyaya məğlub oldu
14 iyun tarixində DÇ-2026-nın qrup mərhələsi çərçivəsində 4 matç keçirilir. Mediaxeberleri.Az xəbər verir ki, Türkiyə millisi də bu gün mundialda mübarizəyə başlayır. Vinçenso Montellanın komandası D qrupunda Avstraliya ilə qarşılaşır. Görüş Bakı vaxtı ilə saat 08:00-da başlayıb. Beləliklə, qardaş ölkənin millisi 24 il sonra ilk dəfə dünya çempionatında oyuna çıxıb. C qrupunda isə Braziliya Mərakeşlə üz-üzə gəlib (1:1). Haiti Şotlandiya ilə qarşılaşıb. E qrupunda isə Almaniya yığması Kürasaonu sınağa çəkəcək. 14 iyun D qrupu 08:00. Avstraliya – Türkiyə - 2:0 Qol: Nestori İrankunda, 7, Konnor Metcalfe, 75 13 iyun ABŞ - Paraqvay - 4:1 C qrupu 02:00. Braziliya – Mərakeş - 1:1 Qollar: İsmael Saybari, 21 (0:1), Vinisius Junior, 32 (1:1) 05:00. Haiti – Şotlandiya - 0:1 Qol: Con Makqin, 28 E qrupu 21:00. Almaniya – Kürasao 15 iyun 03:00. Kot-d`İvuar - Ekvador
























