Ermənistanda seçkilərin yekun nəticəsi açıqlandı
Ermənistan Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini açıqlayıb. Medıaxeberlerı.az xəbər verir ki, MSK seçkilərdə 1 milyon 476 min 769 nəfərin iştirak etdiyini bildirib. Məlumata görə, seçici fəallığı 58,9 faiz təşkil edib. Nəticələrə əsasən, Vətəndaş Müqaviləsi Partiyası səslərin 49,7 faizini toplayıb. Bu nəticə ilə partiya yeni Ermənistan hökumətini təkbaşına formalaşdırmaq imkanı qazanıb. "Güclü Ermənistan" bloku 23,2, "Ermənistan" bloku 9,9, Çiçəklənən Ermənistan Partiyası isə 3,89 faiz səs toplayıb.
Oxunub: 29
Xəbəri paylaş
Paylaş:





















