Naxçıvana reyslər yenə ləğv olundu – AZAL
Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə Azərbaycan Hava Yollarının (AZAL) 14 iyun 2026-cı il tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reysləri ləğv olunub. Bu barədə Mediaxeberleri.Az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib. “Hava şəraiti sabitləşdikdən sonra reyslərin icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar”, - məlumatda qeyd olunub.
Oxunub: 36
Xəbəri paylaş
Paylaş:





















