Mediaxeberleri.az
    
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • 
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • 
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • 
  • "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
  • 
  • Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
  • 
  • "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

Son xəbərlər :
  • Göyçay bələdiyyəsində nə işlər çevrilir... - vətəndaş narahatdır...
  • ABŞ hərəkətə keçdi: 2,5 min dəniz piyadası və F-35B qırıcıları Yaxın Şərqə göndərilir
  • ADB Xəzər suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə 140 milyon dollar ayırdı
  • Həkimdən xəbərdarlıq: Soyuq havada isti qəhvə içməyin!
  • Sabah bu rayonda qaz olmayacaq
  • "Barselona" komandası Bakıda - Video
  • Qız üstündə dava: Tələbə universitetindən qovuldu?
  • Apteklərdə oftalmoloji müayinə aparanlara - Xəbərdarlıq
  • Kürdə batan çobanın son anları: Nəvəsi kömək istədiyini görüb - VİDEO
  • Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
  • Pərviz Şahbazova yeni vəzifə verldi
  • Maşın su kanalına düşdü: 1 ölü, 4 yaralı
  • Bu şəxslərin bütün cərimələri silinəcək
  • İlham Əliyev 5 fərman imzaladı
  • Süni intellektdən istifadə edənlərin çoxu ondan psixoloji dəstək alır
  • Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü başladı
  • Bakıda sabiq məmur avtomobili sərxoş halda idarə edərkən saxlanıldı
  • Elçin Babayev haqda sensasiya: Kim məhv etmək istəyir?
  • Elçin Babayev haqda sensasiya: Kim məhv etmək istəyir?
  • "Sabah" - "Barselona" oyununun hakimləri bəlli oldu
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Toylarla bağlı yeni qadağa - Bundan sonra...

  • Tarix: 13-09-2024, 10:30

Müğənni Kərimin toy zamanı döyülməsi toylarda fonoqramla oxumaq mövzusunu aktuallaşdırıb. Bir sıra məşhurlar bu mövzu ətrafında müzakirələr açıblar. 

“Ötən gün toyda idim. Orada çıxış edən bəlli bir müğənnilər vardı. Sənətkar dediyimiz xanım ifaçı gəldi, 40 dəqiqə fonoqram oxudu. Ona dayanıb baxdım. Sonra aparıcı xanım gəlib mənə dedi ki, bəy və gəlin səhnədə rəqs edəcəklər. Bəlkə siz də fonoqramınızı verəsiniz, həzin bir mahnı ifa edəsiniz. Cavab verdim ki, yox! Mən toydakı camaatla belə zarafat edə bilmərəm”. Bu sözləri bugünlərdə Əməkdar artist Nigar Şabanova deyib. 

Manaf Ağayev də toyda fonoqramla oxuyanları zamanında tənqid edib.  vakansiya

“Görürsən ki, ansambl olmadan müğənni yarım saat mahnı oxuyur. Həmin müğənni yarım saat gəlir, fonoqramını qoyur, oxuyur, pulunu alır, çıxır gedir. Fonoqram oxuyanlar canlı oxuyanlardan daha çox toya gedir”. Sənətçi toylarda fonoqram oxuyan həmkarlarını hədəf alıb. 

 Müğənni Nadir Qafarzadə isə hesab edir ki, beş saat toy ərzində hətta bir yox, beş mahnı da fonoqram oxumaq olar:  “Yarım saatlıq toya gələnlər onsuz da fonoqram oxuyurlar. Bilmirəm, təbii haldır, ya yox, axır ki, məsələ belədir. Bütün toyu idarə edən müğənni bir mahnı fonoqram oxuyubsa, bununla nə olacaq, dünya dağılacaq ki? Hə, oxuyub, oxuyub da. Buna görə adamı döymürlər, xəsarət yetirmirlər. Ən azından, xəbərdarlıq edirlər. Yəni bunu daha mədəni formada etmək olar. Hər halda, sivil bir dövlətdə yaşayırıq, Avropaya inteqrasiya etmişik. Müğənni toyda elə mahnını fonoqram oxuyur ki, musiqiçilər onu müşayiət edə bilmirlər. Çünki o mahnı studiyada aranjiman olunub. Artıq tamaşaçı həmin mahnını efirdən, radiodan bu cür eşidib deyə, müğənni fonoqram oxumağa məcburdur ki, eyni effekt alınsın, gələcəkdə toyun diskinə baxanda daha keyfiyyətli səslənsin. Burada qəbahət bir şey yoxdur. Beş saat toy ərzində hətta bir yox, beş mahnı da fonoqram oxumaq olar, heç nə olmaz. Onsuz da bu adam canlı oxuyur. Canlı ifa edə bilən müğənninin bir-iki fonoqram oxuması bağışlanandır”. 

Beləliklə, Azərbaycanda müğənnilərə ictimai tədbirlərdə fonoqram oxumağın qadağan edilməsi məsələsi yenidən gündəmə gəlib. Bildirilir ki, əsl sənətkarları saxta müğənnilərdən ayırmaq üçün fonoqram qadağan edilməli və bununla bağlı rəsmən qərar verilməlidir. 

Qeyd edək ki, məsələn, Qırğızıstanda 2023-cü ildən müğənnilərə ictimai tədbirlərdə fonoqram oxumaq qadağan olunub. Bununla bağlı ölkənin mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov əmr imzalayıb. Əmrə əsasən, müğənnilərə teatr, muzey, kinoteatr, klub, kitabxana və idman müəssisələrinin ərazilərində fonoqram mahnı oxumaq qadağan edilib. Məlumata görə, qayda pozuntusuna görə məsuliyyəti tədbiri təşkil edən məkanın rəhbərliyi daşıyacaq. 

Bəs Azərbaycanda da bu qadağa tətbiq oluna bilərmi, ehtiyac varmı? 

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb: “Burada birinci növbədə müqavilə olmalıdır və əgər müğənninin fonoqram deyil, canlı ifası arzu edilirsə, müqavilə şərtlərində  göstərilməlidir, müğənni də buna riayət etməlidir. Amma buna görə adam döymək vəhşilikdir.  Yaxşı olardı ki, müqavilə yazılı formada olsun, bu, daha məqsədə uyğundur. Çünki gələcəkdə hansısa iddia qaldırmaq üçün bu, daha əlverişli imkan yaradır.  Beləliklə, hesab edirəm ki, bu məsələ ətrafında mülki hüquqi öhdəlik var. Əgər müğənni öhdəlik götürübsə ki, fonoqramsız oxumalıdır, buna riayət etməlidir. Təbii ki, bu da zövq məsələsidir, bir çox insanlar öz toyunda canlı ifa istəyir, bəziləri fonoqramla razılaşır. 

Xatırladım ki, bir müddət əvvəl qanunvericilikdə televiziyalarda fonoqramsız ifanı təşviq edən maddələr saldıq, fonoqramla ifa qadağan olundu. Amma televiziyalar buna əməl etmədi. Ümumiyyətlə, buna əməl etmək də mümkün deyil, çünki Azərbaycanda qanunvericiliyin hər kəsə tətbiqi imkanları bir qədər çətindir. Digər tərəfdən, nəzarət edən qurumların özünün də bu məsələdə həvəssiz davrandığını və yaxud bunu hansısa başqa məqsədlə etdiyini görürük. Ona görə də  hesab edirəm ki, fonoqram oxuduğuna görə müğənnini döymək və yaxud onu hansısa şəkildə təhqir etmək tamamilə biabırçı davranışdır. Burada hüquqi addım atılmalıdır". 

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın xan Əbilov qeyd edib ki, toyda baş verən hadisələr həmişə cəmiyyətimizdə maraqlı olur: "Digər ölkələrlə müqayisədə Azərbaycanda müğənnilər daha çox toylardan, el şənliklərindən qazanırlar. Konsertlər verib və yaxud disk buraxıb, “YouTube” platforması üzərindən mahnılarını satıb, gəlir əldə edən müğənnilərə demək olar ki, rast gəlmirik. Beləliklə, toylarda  müğənnilər həm sənətsevərlərlə birbaşa ünsiyyətdə olur, həm də sənətlərini genişləndirmək, inkişaf etdirmək üçün müəyyən maddi imkanlar əldə edirlər.

Toylarda fonoqrama ifalarına gəldikdə, toyun özünəməxsus cəhətləri var və bu cəhətlər də hər zaman canlı oxumağa imkan vermir. Toylar müxtəlif akustik imkanı olan məkanlarda həyata keçirilir, həmçinin bəzən kənd yerlərində çadırlarda təşkil olunur və bu zaman burada həm müğənnidən, həm də musiqiçilərdən yüksək səviyyəli ifa tələb etmək qeyri-mümkün olur. Ona görə də Azərbaycan toylarında, tədbirlərində fonoqramdan istifadə edən sənətçilər həmişə olub və bundan sonra da olacaq.  Gəlin təsəvvür edək, toya yarım saata gələn hansısa sənətçiyə 2500-3000 manat qonorar verib, özü ilə ansambl gətirməsini tələb edə bilmərik. Müğənni həmin qonorarla musiqiçilərə, eləcə də səs rejissoruna aldığı puldan qonorar verə bilməz. Bu, qeyri-ciddi tələbdir və buna görə toyda oxuyan müğənnilərin fonoqramla ifasını normal qarşılamaq lazımdır. 

Əslində bu məsələnin çox sayda sivil yolu var. Belə ki, hər hansı toy sahibi  və yaxud şadlıq evinin sahibi müğənnini dəvət edərkən toy təşkilatçıları ilə əvvəlcədən razılaşır və yazılı müqavilə bağlanır, müqavilədə həm müğənninin qonorarının nə qədər olması, həm vergilərin kim tərəfindən ödənilməsi sənətçilərin öz ansamblı, səs rejissoru, avadanlığı ilə gəlməsi və yaxud əksinə, tək gəlib fonoqram oxuması mütləq  qeyd olunmalıdır. Yazılı müqavilədə həm də o qeyd edilməlidir ki, əgər bu müqavilədə göstərilən şərtlər pozularsa, sənətçini pul cəzası və yaxud qanunvericiliyin imkan verdiyi inzibati məsuliyyət gözləyir. Amma hansısa sənətçinin fonoqram oxumasına görə döyülməsi, mübahisə edilməsi, təhqir olunması qeyri-etikdir, mədəniyyətsizlikdir. Əgər müğənni toya dəvət olunubsa, ona hörmət edilməlidir. Çünki müğənni ilk növbədə həmin toyun xüsusi qonağıdır, o, sıravi qonaq deyil. Hətta narazılıq yaranasa belə, onu toydan  sonra ayırd etmək olar. Yoxsa qoçu kimi toyda dava salmaq, müğənni döymək həm həmin toyun aurasını pis şəkildə korlayır, həm də toy sahibini dilə-dişə salır. 

Şəxsən mən müğənni Kərimin yerinə olsaydım, heç bir müqavilə, ilkin razılıq olmadığına görə toy sahibi tərəfindən ona olan hücumu məhkəmə yolu ilə ayırd  edərdim və başqalarına nümunə olsun deyə həmin toy sahibinin cəzalandırılmasını tələb edərdim".


Oxunub: 451
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 09:14 | Göyçay bələdiyyəsində nə işlər çevrilir... - vətəndaş narahatdır...
    Bu gün, 08:49 | ABŞ hərəkətə keçdi: 2,5 min dəniz piyadası və F-35B qırıcıları Yaxın Şərqə göndərilir
    Bu gün, 08:45 | ADB Xəzər suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə 140 milyon dollar ayırdı
    Bu gün, 07:56 | Həkimdən xəbərdarlıq: Soyuq havada isti qəhvə içməyin!
    Dünən, 22:21 | Sabah bu rayonda qaz olmayacaq
    Dünən, 21:43 | "Barselona" komandası Bakıda - Video
    Dünən, 21:41 | Qız üstündə dava: Tələbə universitetindən qovuldu?
    Dünən, 21:40 | Apteklərdə oftalmoloji müayinə aparanlara - Xəbərdarlıq
    Dünən, 16:52 | Kürdə batan çobanın son anları: Nəvəsi kömək istədiyini görüb - VİDEO
    Dünən, 16:11 | Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
    Dünən, 16:09 | Pərviz Şahbazova yeni vəzifə verldi
    Dünən, 14:47 | Maşın su kanalına düşdü: 1 ölü, 4 yaralı
    Dünən, 14:43 | Bu şəxslərin bütün cərimələri silinəcək
    Dünən, 14:33 | İlham Əliyev 5 fərman imzaladı
    Dünən, 14:24 | Süni intellektdən istifadə edənlərin çoxu ondan psixoloji dəstək alır
    Dünən, 14:21 | Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü başladı
    Dünən, 14:10 | Bakıda sabiq məmur avtomobili sərxoş halda idarə edərkən saxlanıldı
    Dünən, 14:08 | Elçin Babayev haqda sensasiya: Kim məhv etmək istəyir?
    Dünən, 14:07 | Elçin Babayev haqda sensasiya: Kim məhv etmək istəyir?
    Dünən, 13:57 | "Sabah" - "Barselona" oyununun hakimləri bəlli oldu
    Dünən, 13:37 | Tovuzda avtomobil körpüdən aşdı: Ölən və yaralılar var
    Dünən, 13:35 | Ermənistanın yeni konstitusiyasında Azərbaycanla bağlı nələr dəyişir?
    Dünən, 12:58 | 24 yaşlı qız dəm qazından boğuldu
    Dünən, 12:56 | Nəriman Süleymanovla bağlı cinayət işi açılıb? - Rəsmi
    Dünən, 12:55 | Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
    Dünən, 12:49 | Bu xanımlara yüksək vəzifə verildi - Foto
    Dünən, 09:25 | Bakıda tanınmış aparıcı yol qəzasında ölüb
    Dünən, 08:55 | Ət yemədən protein ehtiyacını qarşılayan qidalar
    Dünən, 08:51 | Rusiyanın zərbələri Ukraynanın imkanlarını üstələyir - FT
    Dünən, 08:41 | Xankəndidə aldığı tapançanı qayınatasının evinin həyətində basdıran şəxsə cəza verildi
    Dünən, 08:29 | İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
    Dünən, 08:20 | Köçdən sonra: İsmayıllının Mübariz Orucov küçəsi baxımsız vəziyyətdədir - VİDEO
    Dünən, 08:13 | Azərbaycanda beşinci sinif şagirdi vəfat etdi
    Dünən, 08:09 | Trampın bu təklifi Avropanı sevindirdi
    Dünən, 08:01 | Rusiyada eyni klinikada işləyən azərbaycanlı və erməni iki həkimin səs-küy yaradan dostluğu - Video
    Dünən, 07:19 | Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
    Dünən, 07:15 | İranda çörək satışına məhdudiyyət qoyuldu
    Dünən, 07:14 | Yasamalda bu göl qurumağa başlayıb - Video
    Dünən, 07:12 | Yatmazdan əvvəl spirtli içki içmək faydalıdır?
    22-11-2026, 20:43 | İcra başçısının səmimi söhbəti bir neçə saat ərzində yüz əlli mindən çox baxış sayı toplayıb
    22-11-2026, 18:56 | "Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
    22-11-2026, 16:29 | Azərbaycan vətəndaşlarının bu ölkəyə vizasız rejimi tətbiq edildi
    22-11-2026, 16:27 | Zəngi liseyinin direktoru işdən çıxarıldı – Yeni təyinat
    22-11-2026, 16:25 | Bu şəxslər üçün imtahan keçiriləcək
    22-11-2026, 16:23 | Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
    22-11-2026, 12:30 | Argentinalı məşhur futbolçu huşunu itirdi
    22-11-2026, 12:13 | ABŞ yeni kamikadze dronunu təqdim etdi
    22-11-2026, 11:55 | Azərbaycana qar yağıb
    22-11-2026, 11:54 | Astarada qəza: 5 kəndin qazı kəsildi
    22-11-2026, 11:51 | Qazaxda iki nəfərə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.