Cahangir Əsgərov şirkətlərinin adlarını dəyişdirdi - SƏNƏDLƏR
"AZAL"ın keçmiş prezidenti Cahangir Əsgərovun qızları İngiltərədəki şirkətlərinin adında dəyişikliklər ediblər. Belə ki, 2017-ci ildən fəaliyyət göstərən GAZELLI INTERNATIONAL LIMITED şirkəti bundan sonra SOROKA LIMITED adı ilə fəaliyyətini davam etdirəcək. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. C.Həsənlinin sözlərinə görə, 2019-cu ildə SOROKA LIMITED adı ilə qeydiyyatdan keçmiş şirkət isə bundan sonra GAZELLI INTERNATIONAL LIMITED adı ilə fəaliyyətini davam etdirəcək: "Dəyişikliklər ötən ayın 21-də təsdiq edilib. Əsgərovlar ailəsi bundan əvvəl də digər iki şirkətlə bağlı eyni rakirovkanı həyata keçiriblər. 2021-ci ilin yanvarından MRCR ART LIMITED şirkəti GAZELLI ART HOUSE LIMITED, GAZELLI ART HOUSE LIMITED şirkəti isə MRCR ART LIMITED adına dəyişdirilib".