YAP-ın SİYAHISINDA DAHA BİR SÜRPRİZ AD... - ARDNŞ-in sabiq vitse-prezidenti də deputatlığa namizəddir
YAP-ın deputatlığa namizədlər siyahısındakı sürpriz adlardan biri də Bədəl Bədəlovdur. Mediaxeberleri.Az xəbər verir ki, hakim partiyanın 96 saylı Goranboy – Naftalan seçki dairəsindən namizədliyini irəli sürdüyü Bədəl Şamil oğlu Bədəlov ötən ilə qədər ARDNŞ-in vitse-prezidenti vəzifəsini daşıyıb. 1961-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olmuş B.Bədəlov 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Mühəndislik fəaliyyətinə "Xəzərdənizneftqaz" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" trestinin 2 saylı Tikinti-quraşdırma idarəsində başlayıb və böyük iş icraçısınadək yüksəlib.
Oxunub: 542
Xəbəri paylaş
Paylaş: