Vətən müharibəsi iştirakçılarına psixoloji dəstək göstərilib
Vətən müharibəsi iştirakçılarına psixoloji dəstək xidmətlərinin göstərilməsi layihəsi başa çatıb. Mediaxeberleri.Az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qalib layihələrindən biri olan bu layihə ““Sosial və Psixoloji Tədqiqatlar” Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilib. Layihə çərçivəsində Ağdam rayonunun müxtəlif kənd və qəsəbələrində yaşayan 44 günlük vətən müharibəsinin 100-ə yaxın iştirakçısının psixoloji vəziyyətinin dəstəklənməsi məqsədi ilə psixoloq və psixiatrların iştirakı ilə görüşlər təşkil olunub.
Oxunub: 299
Xəbəri paylaş
Paylaş: