Seyidovun təqdimatı əsasında nazir rəisi işdən çıxardı
Ədliyyə Nazirliyi Penitensiar xidmətində növbəti kadr dəyişikliyi olub. Mediaxeberleri.Az Unikal.az-a istinadən xəbər verir ki, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovu vəzifəsindən azad edib. Nazirin digər əmri ilə həmin müəssisədə Əməliyyat-Rejim işləri üzrə müavin vəzifəsində işləyən Elnur Hüseynov 13 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub.
Oxunub: 445
Xəbəri paylaş
Paylaş: