Mediaxeberleri.az
    
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY

Son xəbərlər :
  • Ermənistan parlamentində Azərbaycan əsgərinə görə əlbəyaxa dava - VİDEO
  • Prezident gözlənilən FƏRMANI imzaladı - TƏCİLİ!
  • Qazaxda 20 yaşlı gənc toyda bıçaqlanıb
  • Həbsi gündəm olan Əflatun Məmmədov əslində kimdir? – DOSYE
  • Habil Vəliyevlə bağlı qərar verildi
  • 12 azərbaycanlı Rostovda dənizdə çarəsiz qaldı - Video
  • Bakıya intensiv yağış yağacaq
  • Təcili Yardıma yeni direktor təyin edildi - Foto
  • Bakıda konserti olacaqdı - Həbs cəzası verildi
  • Moskvaya son iki ilin ən böyük PUA hücumu: Ölən və yaralananlar var
  • Nübar qəsəbəsində sakinlərin yol dərdi: "Taksi, təcili yardım da gəlmir" - Foto
  • Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti vəfat etdi
  • Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar
  • Əflatun Məmmədov həbs edildi
  • Putin hədələdi, lakin Qərb artıq buna fikir vermir - FT
  • Əl yumaq üçün hansı sabun daha yaxşıdır?
  • Bu xərcin 70%-ni dövlət ödəyəcək - Nə dəyişəcək?
  • Türkiyədən Ukraynaya gözlənilməz hərbi dəstək: "Korkut" sistemləri göndərildi
  • Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü
  • UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

MÜTTƏFİQLİKDƏN DÜŞMƏNÇİLİYƏ DOĞRU – Paşinyan Putinin əzici təzyiqlərinə tab gətirə biləcəkmi?

  • Tarix: 12-09-2023, 17:37

Ermənistan rəhbərliyi Rusiyanın kəskin narazılığına əhəmiyyət verməyərək ABŞ-la 10 günlük hərbi təlimlərə başlayıb. Sentyabrın 20-dək davam edəcək "Eagle Partner 2023" kod adlı manevrlərin rəsmi elan olunan məqsədi sülhyaratma missiyaları vaxtı münaqişə tərəfləri arasında sabitləşdirmə tapşırıqlarının icra olunmasıdır.

Ötən həftə yayılmış informasiyaya görə, təlimlərə 85 ABŞ, 175 erməni əsgəri qatılacaq. Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, onlar xəyali münaqişə zonasında birgə sülhyaratma əməliyyatını məşq edəcəklər.

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan səfirini çağırıb İrəvanın bu addımını “qeyri-dost” hərəkət adlandırmış, ötən 32 ildə ilk dəfə ona sərt etiraz notası təqdim etmişdi.

Prezident Vladimir Putinin köməkçisi Dmitri Peskov indiki vəziyyətdə belə təlimlərin keçirilməsinin regionda sabitliyin gücləndirilməsinə və etimad mühitinə töhfə vermədiyini demişdi.

Dünən isə Ermənistanın hakim partiyasından bu bəyanatların cavabı verilib. Deputat Qaqik Melkomyan bildirib ki, “kiminlə təlimlər keçirib-keçirmədiyimizi biz özümüz həll edirik, kim nə istəsə, düşünə bilər”.



Ötən həftə Baş nazir Nikol Paşinyan isə İtaliya mətbuatına müsahibəsində baltanı kökündən vurmuşdu. O, ümumiyyətlə Ermənistanın təhlükəsizliyinin Rusiyadan asılı hala salınmasını "strateji səhv" adlandıraraq, Moskvanın regiondan çəkiləcəyini deyib.

Rusiya-Ermənistan münasibətlərindəki gərginliyin tarixi 44 günlük müharibədə Azərbaycana biabırçı məğlubiyyətdən dərhal sonra başlayıb. Ermənistan hakimiyyəti Kremli müttəfiqlik öhdəliklərinə əməl etməməkdə, onu güclü Azərbaycan-Türkiyə ittifaqına əzdirməkdə suçlayır. 

Paşinyan və onun ətrafı müharibədən sonra sərhəddə İrəvanın təxribatları nticəsində baş verən toqquşmalar zamanı da Rusiyanı susqunluqda ittiham edərək, Moskvanın KTMT üzrə öhdəliklərini yerinə yetirmədiyini bəyan etmişdi.

Xatırladaq ki, İrəvan etirazların davamı kimi bu ilin əvvəlində özünün ev sahibliyi etməli olduğu KTMT hərbi təlimlərini təxirə salıb. Üstəlik, İrəvanda keçirilən sammitdə onun bir sıra sənədlərini imzalamaqdan imtina edib. Ötən həftə isə Paşinyan İrəvanın KTMT-dəki daimi nümayəndəsini də geri çağıraraq, bu təşkilatla əməkdaşlığın prioritet olmadığını nümayiş etdirib.

Rusiya-Ermənistan gərginliyinin sərhədləri daha genişdir - Paşinyan hökuməti açıq-aşkar Moskvanı ölkəsini Kremlin orbitindən çıxararmaqla şantaj edir. Amma bu, sadəcə qarşılıqlı bəyanatlarla olub-bitəsi məsələ deyil. 

Rusiya Xarici İşlər Nazirliyinin Paşinyana cavab xarakterli son bəyanatında yer alan mesajlar Moskvanın bölgədən çəkilmək niyyətində olmadığını göstərib. XİN Rusiyanı Cənubi Qafqazın bir parçası adlandırıb və heç yerə getmək niyyətində olmadığını bəyan edib. 

Deməli, ənənəvi yollarla – yumşaq diplomatik, iqtisadi təzyiqlərlə Paşinyan hökumətini “yerində oturtmaq” mümkün deyil, Kreml əlindəki bütün təzyiq vasitələrini işə salmalı olacaq. Mexanizmlər isə kifayət qədər çoxdur. Bugünlərdə “Rusiyada çoxsaylı vətənpərvər ermənilərin yaşadığı” faktının İrəvana xatırladılması onlardan biridir. Onların Ermənistan iqtidarına qarşı təşkilatlandırılması, müxalifətə güclü maliyyə və s. dəstək verilməsi mümkündür.

Ötən həftə Kremlin Xankəndinə göndərdiyi milyarder Ruben Vardanyanın bəyanatını yada salaq: “Konstitusiyanı dəyişmədilər, təhlükəsizliyimizi təmin edə bilmədilər. Beş il kifayət etdi. İndiki hakimiyyətin imkanları yoxdur və öhdəliklərini yerinə yetirmək iqtidarında deyillər. Bəli, mən bütün sağlam qüvvələrlə birləşməyə və Ermənistanda hakimiyyətin tezliklə dəyişdirilməsini dəstəkləməyə hazıram”.



Bu ssenarinin necə həyata keçirilməsini təsəvvür etmək çətin deyil. Vardanyan erməni müxalifətini, Rusiyada, xaricdə fəaliyyət göstərən varlı erməni oliqarxları ətrafında birləşdirir, geniş maliyyə, təbliğat imkanlarını səfərbər edərək Paşinyana qarşı savaş açır. Qeyd edək ki, müharibədən sonra bütün cəhdlərinə rəğmən Paşinyanı devirə bilməyən keçmiş hakim elita bu planda iştirak etməyə ikiəlli hazırdı.

Rusiyanın Ermənistana təzyiq üçün iqtisadi alətləri daha güclüdür. Ölkənin qaz təminatını “Qazprom”, elektrik təminatını isə Rusiyanın “İnter RAO” şirkətinin törəməsi olan “Ermənistan Elektrik Şəbəkəsi” həyata keçirir. Habelə, ölkənin dəmiryolları "Rusiya Dəmir Yolları” Dövlət Şirkətinə (RJD) 30 illik icarəyə verilib. Hələ 2019-cu ildə Ermənistan hüquq-mühafizə orqanları bu şirkətə qarşı korrupsiya, mənimsəmə ittihamları ilə bir neçə cinayət işi açıb.

"Qazprom” holdinqin 100% törəmə şirkəti olan "Qazprom Armeniya” QSC Rusiyadan Ermənistanın daxili bazarına təbii qazın inhisarçı tədarükçüsüdür. Şirkət, həmçinin respublikada qazın nəqli, saxlanması, bölüşdürülməsi və satışı, qaz nəqli sisteminin və yeraltı qaz anbarlarının yenidən qurulması və genişləndirilməsini həyata keçirir. Ermənistan mavi yanacağı güzəştli şərtlərlə alır, 2019-cu il razılaşmasına görə, hər min kubmetrə cəmi 165 dollar ödəyib. Hazırda ölkənin Rusiya neft-qaz nəhənginə 2 milyard dollardan artıq borcu var.

Ermənistanın xarici ticarətində Rusiyanın payı əsas yer tutur. Ekspertlər ÜDM-dəki sıçrayışlı rəqəmləri də (12.6 faiz) Rusiya-Ukrayna müharibəsinin təsirlərindən dolayı Moskva-İrəvan qarşılıqlı iqtisadi əlaqələrinin bəhrəsi hesab edirlər. Ötən bir ildə Ermənistana Rusiyadan milyardlarla dollar vəsait gəlib, bir çox şirkətlər ofislərini İrəvana köçürüb. 

Habelə, erməni iş adamları Qərbin sanksiyalarını pozaraq Rusiya ilə qadağan olunmuş Qərb istehsallı malların reeksportunu həyata keçirirlər. Yada salaq ki, Paşinyan komandası hökumət başına gəldikdən sonra Rusiya ona müxtəlif siyasi, iqtisadi təzyiqlər edib, amma əsas rıçaqları işə salmaqdan çəkinib. Moskvada hesab ediblər ki, bu, sürətlə Rusiyadan uzaqlaşan erməni cəmiyyətində anti-rus əhval-ruhiyyəsini daha da körükləyərək, Paşinyanın “dəyirmanına su tökmək” olardı. 

Məsələn, ötən ay Qərb şirkətlərindən birinin Ermənistanda apardığı sorğuya görə, ölkə əhalsinin 63 faizi Rusiyanı dost ölkə saymır. Ehtimal etmək olar ki, İrəvan-Moskva münasibətlərində iplərin qopduğu vaxtda belə reallıqlar Kremli çəkindirməyəcək. Anons edildiyi kimi, Paşinyanla bərabər erməni cəmiyyəti də anti-Rusiya mövqeyinin cəzasını çəkəcək.

Rusiyanın iqtisadi təzyiq mexanizmi ilə yanaşı hərbi, təhlükəsizlik sferalarında da güclü alətləri var. Ermənistan sərhədlərinin Rusiya hərbçiləri tərəfindən qorunmasını, Gümrüdəki hərbi bazanı (5 min hərbçidən ibarət şəxsi heyətinin olduğu bildirilir), hərbi sənayenin Rusiya şirkətlərinə məxsus olmasını, müdafiə və təhlükəsizlik sektorunda yüzlərlə etibarlı kadrlarının mövcudluğunu və s. amilləri nəzərə alsaq, İrəvanın bir neçə bəyanat verməklə Kremlin təsir dairəsindən çıxacağı ilə bağlı gözləntilərin illüziya olduğunu əsaslandırmaq olar.

Moskva, çox güman, qeyd olunan təsir mexanizmlərini yavaş-yavaş hərəkətə gətirəcək. O zaman Paşinyan hökumətinin indiki Qərbə inteqrasiya mövqeyində nə qədər israr edəcəyini, ABŞ-la daha bir hərbi təlimə “hə” deyib-deməyəcəyini isə zaman göstərəcək...

E.Rüstəmli

“AzPolitika.info”


Oxunub: 341
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 17:08 | Ermənistan parlamentində Azərbaycan əsgərinə görə əlbəyaxa dava - VİDEO
    Dünən, 16:19 | Prezident gözlənilən FƏRMANI imzaladı - TƏCİLİ!
    Dünən, 15:40 | Qazaxda 20 yaşlı gənc toyda bıçaqlanıb
    Dünən, 13:23 | Həbsi gündəm olan Əflatun Məmmədov əslində kimdir? – DOSYE
    Dünən, 13:21 | Habil Vəliyevlə bağlı qərar verildi
    Dünən, 13:19 | 12 azərbaycanlı Rostovda dənizdə çarəsiz qaldı - Video
    Dünən, 13:18 | Bakıya intensiv yağış yağacaq
    Dünən, 13:16 | Təcili Yardıma yeni direktor təyin edildi - Foto
    Dünən, 11:10 | Bakıda konserti olacaqdı - Həbs cəzası verildi
    Dünən, 11:08 | Moskvaya son iki ilin ən böyük PUA hücumu: Ölən və yaralananlar var
    Dünən, 11:02 | Nübar qəsəbəsində sakinlərin yol dərdi: "Taksi, təcili yardım da gəlmir" - Foto
    Dünən, 10:57 | Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti vəfat etdi
    Dünən, 10:40 | Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar
    Dünən, 09:16 | Əflatun Məmmədov həbs edildi
    Dünən, 09:09 | Putin hədələdi, lakin Qərb artıq buna fikir vermir - FT
    Dünən, 09:03 | Əl yumaq üçün hansı sabun daha yaxşıdır?
    Dünən, 08:54 | Bu xərcin 70%-ni dövlət ödəyəcək - Nə dəyişəcək?
    Dünən, 08:47 | Türkiyədən Ukraynaya gözlənilməz hərbi dəstək: "Korkut" sistemləri göndərildi
    Dünən, 08:43 | Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü
    Dünən, 08:40 | UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı
    Dünən, 08:28 | Türkiyə tarixində ilk: Ardanın qiyməti rekorda qalxdı
    Dünən, 08:20 | Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü
    Dünən, 08:05 | Vətəndaş "Xəzər Lizinq" MMC-dən şikayətçidir
    Dünən, 07:54 | Bakının bu ərazilərində işıq olmayacaq
    Dünən, 07:53 | Vətəndaş "Xəzər Lizinq" MMC-dən şikayətçidir - VİDEO
    Dünən, 07:51 | Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?
    Dünən, 00:50 | Fransa Belçikanı darmadağın etdi: Millətlər Liqasında günün nəticələri
    5-10-2026, 20:33 | Qazaxda icra başçısı polkovnik Nemət Pənahovun dəfn mərasimində iştirak edərək ailəsinə başsağlığı verib
    5-10-2026, 19:38 | Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı
    5-10-2026, 19:35 | Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışı bağlı paylaşım edilib - VİDEO
    5-10-2026, 19:33 | Mübariz Mənsimovun gəmisi necə vurulub, ölənlər kimlərdir?
    5-10-2026, 18:32 | Ağstafada 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib - VİDEO
    5-10-2026, 17:59 | Ağamirzənin vəsiyyəti gündəm oldu: "Yasımda yemək verilməsin"
    5-10-2026, 17:57 | Bakıda məktəbdə qətl: şagird sinif yoldaşını öldürdü
    5-10-2026, 17:55 | İlham Əliyev bu çempionatın açılış mərasimini izlədi
    5-10-2026, 17:38 | Süni intellektin yeni istifadəçiləri kimlərdir?
    5-10-2026, 17:36 | Vurulan gəmi Mübariz Mənsimovundur... - VİDEO
    5-10-2026, 17:04 | Müğənni həbsxanaya göndərildi
    5-10-2026, 17:02 | Ermənilər Nəsimini Azərbaycana verəcək, yoxsa “dərisini soyacaq”?
    5-10-2026, 16:58 | Zəngilanda fəhlələr arasında kütləvi dava, xəsarət alan var
    5-10-2026, 16:26 | Novxanıdakı antisanitariya hökm sürən kanalda son vəziyyət - Foto
    5-10-2026, 16:13 | Bu uşaqlara qəhvə qəti qadağan edilməlidir!
    5-10-2026, 16:05 | "Rusiya sərhədində güclü rəqib..." – III Dünya müharibəsi xəbərdarlığı
    5-10-2026, 15:59 | Pul niyə ayın sonuna çatmır? – Səbəb təkcə bahalıq deyilmiş...
    5-10-2026, 15:56 | 89 yaşlı Zeyneb Xanlarovanın yeni FOTOsu
    5-10-2026, 15:53 | Sabiq idarə rəisinin məhkəməsində şahidlər hansı faktları açıqladılar?
    5-10-2026, 15:40 | Rusiyadan xəbərdarlıq: Moskva misli görünməmiş bombardmana hazırlaşır
    5-10-2026, 15:37 | Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Artıq köhnəlmiş mexanizm...
    5-10-2026, 15:30 | Dövlət xidmətinin 100-dən çox əməkdaşının işinə prokurorluq baxacaq
    5-10-2026, 14:12 | Böyük futbol axşamı: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.