Türkiyə hərbi təyyarəsi Gürcüstanda qəzaya uğradı - Video
Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Azərbaycandan ölkəmizə uçan C-130 hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Azərbaycan və Gürcüstan hakimiyyət orqanları ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb”, - məlumatda qeyd olunub. Ölən və yaralananlar barədə məlumat verilməyib. Qeyd edək ki, bir müddət öncə yayılan məlumatda helikopterin qəzaya uğradığı bildirilmişdi.
Oxunub: 47
Xəbəri paylaş
Paylaş:





















