“Qarabağ” MDB-nin bir nömrəli klubudur?
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) klubların dünya reytinqini açıqladığı barədə məlumat vermişdik. Siyahıda Azərbaycanın 3 təmsilçisi yer alıb. Mediaxeberleri.Az xəbər verir ki, cədvəldə kiçik araşdrıma apardıqdan sonra məlum olub ki, “Qarabağ” MDB-nin bir nömrəli klubudur. Dünyada 64-cü, Avropada isə 40-cı pillədə qərarlaşan Azərbaycan çempionu keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malikdir. Qurban Qurbanovun yetirmələrinin hesabında 144,5 xal var. Ağdam təmsilçisini Ukrayna “Şaxtyor”u (Donetsk) izləyir. Adıçəkilən komanda dünya reytinqində 78-ci, Avropa sıralamasında isə 48-ci yerdədir. MDB klublarının ilk “10-luğ”u: 1 (64). “Qarabağ” (Azərbaycan) – 144,5 xal Türkiyə klublarından isə yalnız “Fənərbağça” “Qarabağ”dan öndədir. Hesabında 199,5 xal olan İstanbul nəhəngi 3 addım gerilərəyək, 16-cı pilləyə düşüb. Türkiyənin ən yaxşı göstəriciyə malik ikinci komandası “Qalatasaray” ilk “100-lüy”ə daxil olmağı bacarıb. “Cim-Bom” (125,5 xal) hazırda 94-cüdür.
2 (78). “Şaxtyor” (Donetsk, Ukrayna) – 135,5
3 (105). “Dnepr-1” (Ukrayna) – 117,25
4 (108). “Şerif” (Moldova) – 115,5
5 (127). “Jalgiris” (Litva) – 106
6 (137). “Pünik” (Ermənistan) – 102,5
7 (170). RFS (Latviya) – 90
8 (204). “Urartu” (Ermənistan) – 80
9 (120). “Dinamo” (Kiyev, Ukrayna) – 79,5
10 (221). “Riqa” (Latviya) – 77