Yusifin bu sözləri hamını ağlatdı
Həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif son paylaşımı ilə insanları kövrəldib. Mediaxeberleri.Az xəbər verir ki, 12 yaşlı Yusif növbədənkənar keçirilən prezident seçkiləri ilə bağlı danışıb: “Mənim səsvermə üçün yaşım çatmır, amma İlham Əliyevi dəstəkləyirəm. Mən ona uğurlar arzu edirəm. İnşallah, prezidentimizin birinci sərəncamı atamın buraxılması ilə bağlı olar və iki bayram bir-birinə qarışar”. Onun bu paylaşımı izləyiciləri duyğulandırıb, onlar paylaşımı görüb ağladıqlarını və meyxanaçının tezliklə azadlığa çıxmasını istədiklərini yazıblar. Xatırladaq ki, meyxanaçı Rəşad Əmirova (Rəşad Dağlı) Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Oxunub: 275
Xəbəri paylaş
Paylaş: