Mediaxeberleri.az
    
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto

Son xəbərlər :
  • DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)
  • Vətən müharibəsi şəhidi kiçik çavuş Əhməd Məmmədov ildönümündə ehtiramla anılıb
  • AzTU tələbələri FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində olublar
  • DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq
  • 2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
  • Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB
  • Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
  • Minaya düşən traktorçunun bir əli amputasiya olundu
  • DYP adından saxta cərimə mesajları göndərilir
  • Azərbaycanda taksi qiymətləri artacaq?
  • Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
  • Ev almaq istəyənlərin nəzərinə - 13 Noyabrdan...
  • Əbu-Dabidə danışıqların ikinci raundu başa çatdı
  • Onların DSMF-yə borclarını silmək mümkün deyil...
  • Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video
  • Onlara mənzil əvəzinə pul verilsin – Təklif
  • "Ev təsərrüfatlarının aktivlərinin uçotu ilə bağlı qərarın mahiyyəti vətəndaşlara vaxtında izah edilməlidir"
  • Tahir Kərimli: “Coca-Cola”, “KFC”, “McDonald’s”, “BMW”, “Mercedes-Benz” kimi böyük şirkətlərlə bağlı tədbir görülməlidir
  • Timoteuş Puxaç “Sabah”dan gedir?
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)

  • Tarix: Bu gün, 18:16

Trampın adamları nə üçün yenidən Putinin qəbuluna gedir?

Rusiya, ABŞ və Ukrayna arasında iki günlük üçtərəfli danışıqlar bu gün Əbu-Dabidə başa çatıb.

Mediaxeberleri.Az xəbər verir ki, danışıqlardan sonra jurnalistlərin qarşısına çıxan Rusiya nümayəndə heyətinin başçısı və Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bəzi açıqlamalar verib.

Onun dediklərindən belə çıxır ki, əsas real nəticə hələlik növbəti əsir mübadiləsilə bağlıdır. Görüşdə tərəflər genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Eyni zamanda, Medinski deyib ki, gələcək işlər üçün əsas yaradılıb və təmaslar davam edəcək.

"Amerika tərəfinin iştirakı ilə mövqelərimizi bölüşdük; bəzi sahələrdə qarşılıqlı anlaşma tapdıq, digərlərində isə tapmadıq. Və bu söhbət mütləq davam edəcək”, - deyə Medinski bildirib.

O qeyd edib ki, Avropada təhlükəsizlik arxitekturası məsələsi də həll olunmalıdır: "Uzun illər keçib və nəhayət, bu məsələ sürət qazanıb, onun həll edilməli olduğu anlaşılıb".

Onun sözlərinə görə, Ukraynadakı münaqişədən sonra nə baş verəcəyi ilə bağlı sualın qoyuluşu düzgündür. 



"Dünyanın yeni, müasir, yenilənmiş təhlükəsizlik sisteminə - ədalətli və heç bir ölkəyə zərər verməyən bir sistemə ehtiyacı var. Biz bunun üzərində işləyəcəyik", - deyə Medinski əlavə edib.

Bununla yanaşı, Rusiya nümayəndə heyəti bu günlərdə BƏƏ-də olan Avropa nümayəndələri ilə əlaqə saxlamayıb.

"Xeyr, biz onlarla əlaqə saxlamadıq; onların buradakı statusunu həqiqətən başa düşmürük. Danışıqlar üçtərəflidir", - deyə Medinski bildirib.

O, həmçinin Rusiyanın Avropa ölkələrindən heç bir sülh təşəbbüsü almadığını qeyd edib. "Avropa ölkələrindən heç bir sülh təşəbbüsü, heç bir sülh təklifi almamışıq. Buna görə də nəyi müzakirə edəcəyimiz bəlli deyil. Əgər onlar buraya turist kimi gəliblərsə, qoy otelin barında ünsiyyət qursunlar", - deyə Rusiya nümayəndə heyətinin rəhbəri bildirib.

Donald Trampın kürəkəni Cared Kuşnerin sözlərinə görə isə o, Stiv Uitkoffla birgə sabah Vladimir Putinlə görüşmək üçün Moskvaya gedəcək.

O qeyd edib ki, üçtərəfli danışıqlar zamanı tərəflər həlli ən çətin olacaq ərazi məsələləri də daxil olmaqla mürəkkəb məsələləri müzakirə ediblər. Kuşnerin dediyinə görə, ABŞ Avropa nümayəndələrini də danışıqlar formatına cəlb etməyə çalışır.

Qeyd edək ki, Əbu-Dabidəki üçtərəfli danışıqlar birinci gün 4,5 saat, ikinci gün isə iki saatdan da az davam edib.

***

“Mənim işim Trampı xoşbəxt etmək deyil!”

Ukrayna və Rusiya arasında Əbu-Dabidə 10 noyabrda başa çatan danışıqların birinci günü heç bir nəticə verməyib.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti məlumat yayıb.

Xatırladaq ki, dünən doqquz aylıq fasilədən sonra, Ukrayna və Rusiya, Donald Trampın fəal iştirakı ilə ABŞ-nin nəzarəti altında olan proses çərçivəsində üzbəüz danışıqları bərpa ediblər.

Ukrayna Prezidenti Volodimir Zelenski dünən başa çatan müzakirələri "konstruktiv" adlandırsa da, atəşkəs təkliflərinə qarşı çıxan Rusiya nümayəndə heyəti görüşün nəticəsi ilə bağlı ümumiyyətlə, şərh verməyib.

Qərb mediasının yazdığı kimi, dörd saatlıq müzakirələrdən sonra tərəflər heç bir nəzərəçarpacaq irəliləyiş əldə etməyiblər. Moskva birmənalı olaraq, Ukrayna və müttəfiqlərinin tələb etdiyi atəşkəsə müqavimət göstərməyə davam edib.

Görünən odur ki, tərəflər əvvəlki mövqelərindən çəkilmək niyyətində deyillər. Danışıqların ilk gününün sonunda Zelenski bildirib ki, Ukrayna Rusiya ilə razılaşma müqabilində Rusiya qoşunlarının ələ keçirə bilmədiyi Donbasın bir hissəsini Rusiyaya təslim etməyə hazır deyil. ABŞ Prezidenti Donald Tramp son açıqlamalarında buna eyham vururdu və sülh üçün Ukraynanın sərhədlərinin dəyişəcəyini bildirirdi.

Bu arada “The Telegraph” da xəbər yayıb ki, Ukrayna ABŞ-nin Rusiyanı razı salmaq üçün irəli sürdüyü sərhədlərin yenidən çəkilməsi təklifini rədd edib.




ABŞ-yə gəlincə, Tramp administrasiyası yenə də “hər şeyin yaxşı getdiyi” barədə təəssürat yaratmaqda davam edir. Ağ Ev sadəcə, danışıqlar faktının özündən məmnundur. Tramp administrasiyası görüşün özünü alqışlayır. 

ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Rusiya və Ukrayna nümayəndələrini danışıqlar masasında bir araya gətirə bilən yeganə ölkə olaraq qalır. Yəni, bir növ Vaşinqton üçün vacib olan “prosesin özü”dür və Ağ Ev bununla “fəxr edir”.

Rubionun sözlərinə görə, Tramp müharibənin bitməsini özünün prioritetlərindən biri kimi elan edib, baxmayaraq ki, o, bu vəzifənin mürəkkəbliyini və innovativ həllər axtarmağın zəruriliyini də qəbul edir.

Tramp isə Rusiya ilə böyük bir razılaşma əldə etməyə çalışdığını bəyan edir və təbii ki, bu razılaşmada Ukraynanın beynəlxalq hüquqdan və milli suverenliyindən irəli gələn maraqları ikinci, bəlkə də üçüncü dərəcəlidir...

Məlum olduğu kimi, Əbu-Dabidə də Amerika tərəfini Trampın xüsusi elçisi Stiv Uitkoff və ABŞ Prezidentinin kürəkəni Cared Kuşner təmsil edir. Onların diplomat deyil, iş adamları olduqları çoxdan məlumdur və buna görə də indiyə qədər danışıqların heç bir nəticə verməməsində bu amilin də rol oynadığını vurğulayanlar xeyli dərəcədə haqlıdırlar. Məhz bunun nəticəsidir ki, son aylarda Uitkoff və Kuşner Ukraynanı və Avropanı Rusiya ilə geniş iqtisadi əməkdaşlığın vacibliyinə inandırmağa çalışırlar. Ən absurd olanı isə odur ki, onlar bu əməkdaşlığı hətta müharibə bitmədən belə mümkün sayırlar.



Xüsusilə, onlar enerji sektorunda mümkün razılaşmaları müzakirə ediblər. Bunların arasında Trampın Rusiya neftinə sanksiyalara baxmayaraq, 9 oktyabrda elan etdiyi Rusiya dizel yanacağının alınması ilə bağlı razılaşma da var.

Avropanın təhlükəsizlik arxitekturası Avropasız müzakirə olunur...

İndi Amerika rəsmiləri Rusiyanın maraqlarını nəzərə alacaq yeni bir Avropa təhlükəsizlik arxitekturası yaratmaqdan danışırlar. Maraqlıdır ki, bu müzakirələrdə Avropanın özü iştirak etmir. Bu isə Moskvanın NATO-nu zəiflətmək və keçmiş Sovet İttifaqı coğrafiyasında, xüsusən də Ukraynada Rusiyanın təsir dairəsini bərpa etmək istəyini əks etdirir.



Avropa ölkələri Tramp administrasiyasının Ukraynanın təhlükəsizlik maraqlarından daha çox tələsik bir razılaşma əldə edilməsinə üstünlük verə biləcəyindən narahatdırlar. Almaniya, Fransa və Birləşmiş Krallıqdan olan nümayəndələr Amerika vasitəçiləri ilə vəziyyəti müzakirə etmək üçün Əbu-Dabiyə gəliblər. Onlar Vaşinqtonun Moskvaya əlavə güzəştlər təklif edə biləcəyindən narahatdırlar. Avropalılar hesab edirlər ki, əvvəlcə atəşkəs əldə edilməli, ardınca isə Ukrayna üçün Rusiyanın gələcək təcavüzünün qarşısını alacaq təhlükəsizlik zəmanətləri verilməlidir. Yalnız bundan sonra daha geniş bir razılaşma müzakirələri aparıla bilər.

Lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrov avropalıların danışıqlarda iştirak etməməli olduğunu bildirib. Rusiya ümumiyyətlə, Avropanı danışıqlar masası arxasında görmək istəmir. Nəticədə, Avropa nümayəndələri Abu-Dabidə ikinci dərəcəli rola keçiblər və nəticəyə ciddi təsir göstərə bilməyiblər.

Lakin ABŞ-nin özündə Ağ Evin Avropanı təcrid edən, Rusiyanın maraqlarından çıxış edən və Ukraynanın mövqeyini zəiflədən siyasəti birmənalı qarşılanmır. Artıq Konqresdəki demokratlar Ukraynanın müdafiəsini zərbə altında qoyan hərəkətlərə görə Ağ Evdən cavab tələb edirlər.

Tramp administrasiyasının bu məsələyə yanaşması tanınmış amerikalı ekspertlər və siyasətçilər arasında suallar doğurur. Məsələn, Beynəlxalq Böhran Qrupunun rəhbəri Komfort Ero, Konqres seçkilərinin nəticələrini nəzərə alaraq, Uitkoff və Kuşnerin fəaliyyətinin təftiş olunacağına işarə vurub. O deyib ki, onlar məlum səbəblərdən özlərini iş adamları deyil, sülhməramlılar kimi təqdim etməyə tələsirlər.

Yeni tərkibdə Senatın Xarici Əlaqələr Komitəsinə sədrlik edəcəyi gözlənilən demokrat Kris Kuns da Amerika rəsmilərinin, eləcə də Trampın elçilərinin hərəkətlərini tənqid edib. O, “Starlink” peyk şəbəkəsinin sahibi İlon Maskın, müdafiə naziri Pit Heqsetin və Ukraynanın özünü müdafiə etmək qabiliyyətindən məhrum edilməsində rol oynamış ola biləcək digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımalı olduqlarını bildirib. Kuns vurğulayıb ki, Konqres bu vəziyyəti araşdırmalıdır.

“Biz ona etibar etməyə hazır deyilik”

Bu danışıqların fonunda dünən Kopenhagenə gələn Zelenski danışıqlar prosesində Amerika və Avropanın iştirakının vacibliyini vurğulayıb.



Ukrayna Prezidentinin bu zaman Donald Trampın ünvanına səsləndirdiyi fikirlər Kiyevin ABŞ-nin “təşəbbüslərinə” münasibətinin göstəricisi olub. Zelenski deyib: "Bu, nəzakətsiz səslənə bilər, amma mənim işim Trampı xoşbəxt etmək deyil. Mənim vəzifəm amerikalıları və avropalıları danışıqlara cəlb etmək üçün mümkün olan hər şeyi etməkdir."

Zelenskinin bu açıqalması Kiyevin Trampın tələb etdiyi və reallıqda həm beynəlxalq hüquqa, həm də Ukraynanın milli, suveren maraqlarına zidd addımlara getməyəcəyinin, sərhədlərinin təcavüz nəticəsində dəyişdirilməsinə hüquqi razılıq verməyəcəyinin göstəricisidir.

Zelenski Rusiya ilə razılaşma müqabilində Donbasın bir hissəsini Rusiyaya təhvil verməyə hazır olmadığını bildirib. Prezident Ukrayna əraziləri ilə bağlı Ukraynaya təzyiqlə bağlı suala belə cavab verib: "Bu, rusiyalılarla danışıqlar aparmağın asan yoludur - bizi Donbasdan çıxmağa məcbur etmək, sonra isə razılaşma əldə etmək. Biz belə bir razılaşmaya hazır deyilik, çünki Putinə etibar etməyə hazır deyilik”.

Digər tərəfdən danışıqlara növbəti dəfə Vladimir Medinski kimi birisini göndərən Moskvanın əvvəlki mövqeyindən və “danışıqlar xatirinə danışıqlar” taktikasından əl çəkmədiyi görünür. Bütün bunlar ABŞ administrasiyasının optimist bəyanatlarına rəğmən, Ukrayna münaqişəsində dalan vəziyyətinin qaldığını və yaxın zamanda bu dalandan çıxılacağının gözlənilmədiyini göstərir…

E.Qüdrətoğlu

“AzPolitika.info”   


Oxunub: 17
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 18:16 | DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)
    Bu gün, 18:09 | Vətən müharibəsi şəhidi kiçik çavuş Əhməd Məmmədov ildönümündə ehtiramla anılıb
    Bu gün, 17:58 | AzTU tələbələri FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində olublar
    Bu gün, 17:52 | DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq
    Bu gün, 17:46 | 2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
    Bu gün, 16:58 | Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
    Bu gün, 16:55 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB
    Bu gün, 16:52 | Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
    Bu gün, 16:31 | Minaya düşən traktorçunun bir əli amputasiya olundu
    Bu gün, 16:29 | DYP adından saxta cərimə mesajları göndərilir
    Bu gün, 15:58 | Azərbaycanda taksi qiymətləri artacaq?
    Bu gün, 15:54 | Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
    Bu gün, 15:53 | Ev almaq istəyənlərin nəzərinə - 13 Noyabrdan...
    Bu gün, 14:35 | Əbu-Dabidə danışıqların ikinci raundu başa çatdı
    Bu gün, 14:31 | Onların DSMF-yə borclarını silmək mümkün deyil...
    Bu gün, 14:12 | Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video
    Bu gün, 14:11 | Onlara mənzil əvəzinə pul verilsin – Təklif
    Bu gün, 13:48 | "Ev təsərrüfatlarının aktivlərinin uçotu ilə bağlı qərarın mahiyyəti vətəndaşlara vaxtında izah edilməlidir"
    Bu gün, 13:46 | Tahir Kərimli: “Coca-Cola”, “KFC”, “McDonald’s”, “BMW”, “Mercedes-Benz” kimi böyük şirkətlərlə bağlı tədbir görülməlidir
    Bu gün, 13:42 | Timoteuş Puxaç “Sabah”dan gedir?
    Bu gün, 13:21 | Noyabrın 12-də hava belə olacaq
    Bu gün, 13:20 | Əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsinin səbəbi açıqlanıb
    Bu gün, 13:19 | Astarada mikroavtobus aşıb, 4 nəfər xəstəxanaya yerləşdirilib
    Bu gün, 13:18 | Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif
    Bu gün, 13:00 | Bu uşaqlara görə verilən müavinətlə bağlı yenilik
    Bu gün, 10:50 | Vətən müharibəsi şəhidi Elmar Omarov ildönümündə ehtiramla anılıb
    Bu gün, 10:33 | Baydeni heyrətləndirən məktub: Tramp ona nələr yazıb?
    Bu gün, 10:30 | Bakıda görüşdüyü qadını video və fotoşəkilləri şantaj edən şəxsin cəzası azaldıldı
    Bu gün, 10:24 | Əbu-Dabidə inanılmaz qarşılaşma: Sui-qəsdçi və qurban eyni masada
    Bu gün, 10:18 | Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK
    Bu gün, 10:10 | Bu gün COP31-in Liderlər Sammiti keçiriləcək
    Bu gün, 10:01 | 650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
    Bu gün, 09:56 | ABŞ 300 milyonadək milçək istehsal edəcək: Külli miqdarda vəsait ayrıldı
    Bu gün, 09:43 | Vitamin D qəbul etmək üçün ən uyğun vaxt açıqlandı
    Bu gün, 09:34 | “Azeri Light” ucuzlaşdı
    Bu gün, 09:23 | Nikol Paşinyan Türkiyədə səfərdədir
    Bu gün, 09:13 | Evdə tapılan iki meyit, yaralılar və hoteldə ölü aşkarlanan şübhəli şəxs - Almaniyanı silkələyən hadisə
    Bu gün, 09:06 | Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
    Bu gün, 08:57 | Daha əvvəlki kimi kredit ala bilməyəcəyik – Qaydalar sərtləşdirilir
    Bu gün, 08:43 | İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...
    Bu gün, 08:36 | 10 hissəyə bölünən torpaq, 12 ev: Gəncədə fabrik ərazisində nə baş verib? - Video
    Bu gün, 08:24 | Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər - Video
    Bu gün, 08:13 | "JEK"lərin dövlətə xeyli borcu yaranıb: Səbəb - Video
    Bu gün, 08:01 | Zelenski Rusiya-Ukrayna-ABŞ üçtərəfli danışıqlarını şərh etdi
    Bu gün, 07:52 | Sahibsiz itlər 5 nəfəri dişlədi - VİDEO
    Bu gün, 07:51 | Rusiya kütləvi hücuma hazırlaşır - Hədəf budur
    Bu gün, 07:49 | Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
    Dünən, 21:10 | İlham Əliyev Türkiyədə belə qarşılandı - VİDEO
    Dünən, 21:00 | Böyük futbol Xankəndidə - Tarix rəsmən açıqlandı!
    Dünən, 20:31 | Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar - Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.