Ukrayna Lisiçanskda zavodu vurdu: 20 nəfər öldü
Ukrayna ordusu Rusiyanın nəzarətində olan Luqanskın Lisiçanks əyalətində çörək zavodunu vurub. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Hücum nəticəsində 9 nəfər ölüb, daha 10 nəfər isə yaralanıb. Rusiya İstintaq Komitəsinin nümayəndəsi bildirib ki, Ukrayna qoşunlarının Lisiçanskda çörək zavoduna HİMARS reaktiv yaylım atəşi sistemləri ilə hücum etdiyi ehtimal edilir. *** Lisiçanskda ölənlərin sayı 11-ə çatıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. *** Lisiçansk əyalətinə endirilən zərbələr nəticəsində ölənlərin sayı 20-yə çatıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Oxunub: 313
Xəbəri paylaş
Paylaş: