Mediaxeberleri.az
    
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video

Son xəbərlər :
  • Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib
  • Tovuzun icra başçıları niyə həmişə tovuzlu olur? – 35 illik maraqlı ənənənin sirri
  • Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - Foto
  • "Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
  • "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
  • "Haber Global": 44 gündə yazılan dastan - Video
  • Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
  • Zəfərdən Böyük Qayıdışa: Qalib xalqın qürur dastanı - Foto
  • Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"
  • Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
  • Yaxın gələcəkdə şanslı olacaq BÜRCLƏR
  • Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
  • Ronaldonun Messiyə jestləri cavabsız qaldı
  • Almaniyanı rekord sayda insan tərk etdi - Bu ölkələr liderdir
  • 7 qol vuruldu, "Qalatasaray" liderliyini möhkəmləndirdi
  • “Əmək” ordeni alan jurnalistlər hansı üstünlükləri qazandılar?
  • "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
  • Prezidentdən Qarabağa səfərlə bağlı - Video
  • Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
  • "Zirə" son dəqiqələrdə qələbə qolunu vurdu
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda eşitdiklərim, oxuduqlarım və gördüklərim... - Ayyət Əhməd yazır

  • Tarix: 24-09-2026, 12:46

Ruhumun qidası olan Qazax barədə ən yaxşı halda Feysbukda status yazmışam, o da 5-10 cümləni keçməyib. Bu yay 30 gün bu əsrarəngiz şəhərdə dincəldim. İndiyəqədər isə hər il 10 gün qalardım, qohumlara baş çəkib, qurtarmamış məzuniyyət başa çatardı və paytaxta üz tutardım. Ancaq indi fərqli oldu. 30 gün ərzində fürsəti fövtə verməyib, gəlin tək bəzənən Azərbaycanın geniş sinəsində xal olan Qazaxı az qala qarış-qarış gəzib-dolaşdım. 

Nələr yaşadım?

Doğulub boya-başa çatdığım, dizimin bərkidiyi yurdu belə şən, təmiz, vüqarlı, ismətli görəndə adamın qaməti düzəlir, düşüncəsi, təfəkkürü "refresh" olunur sanki. Öncə insanların həlim münasibətindən söz açım. Kim küçədə, yolda, döngədə gördüsə evinə, ocağına dəvət etdi. Kimi övladının təhsili, kimi iş, kimi Qarabağ, kimi Qazaxın hələ də işğalda qalan kəndlərinin azadlığı, kimi də siyasətlə bağlı suallar ünvanlayır, intellektual potensialım yetdiyi həddə qədər cavablar verirəm. Cavablarım kimini qane edir, kimi də incik salır. Əlbəttə, fikir müxtəlifliyi hər zaman olur. Ən ürəkaçan amil odur ki, heç bir qan, süd, sümük bağı olmayan adamlar bir-biri ilə elə qaynayıb qarışıblar ki... Bu doğmalıq insanların bir-birinə olan etimad və etibarından irəli gəlir. Hamı bir-birinə “əmioğlu” deyə müraciət edir. Əlbəttə, indiki internet erasında münasibətlərin bu qədər intensiv olması, bəzi ritual və nəsnələrin hələ də yaşadılması olduqca arzuolunan haldır. Süni intellekt həyatımıza nüfuz etsə də, Qazaxa bu sünilik ayaq aça bilməyib. Burada qidalar kimi, münasibətlər də təbii və halaldır. 

Nələr öyrəndim?

Onu əxz etdim ki, Qazax 108 il öncə necə maarifçiliyin beşiyi hesab edilirdisə, o missiyanı bu gün də ləyaqətlə, uğurla davam etdirir. ADA Universiteti Qazax Mərkəzinin (Qazax Müəllimlər Seminariyası) fəaliyyətə başlaması ilə maarifçi ruh, yaradıcı nəfəs yenidən Qazaxa qayıdıb. Heç kimə sirr deyil ki, bu Mərkəz Qazax gənclərinin elm və təhsilə olan marağının inkişafı istiqamətində ən başlıca stimul rolunu oynayır. Bildiyim qədərilə hər ötən gün baxımsızlıqdan kərpic-kərpic sökülən Qazax Müəllimlər Seminariyasına yeni nəfəsin verilməsi Rayon İcra Hakimiyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə baş tutub. Bu inisiativi müsbət qiymətləndirən fizika-riyaziyyat elmləri doktoru, ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycan xalqının tarixi şüurunda dərin izlər buraxan addım ataraq, seminariyaya yenidən can verib. Bu işdə rolu, missiyası olan hər kəsə minnətdarlıq izhar edirəm.

Nələr müşahidə etdim?

Ötənlərdə telekanalların biri Qazaxdan repotaj hazırlamışdı. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov belə fikir irəli sürmüşdü: 

“Mən Qazaxı piyada gəzirəm”. Düzdür, bu açıqlamaya da qulp qoşanlar oldu, amma Bakıdan boylanıb, Qazaxı görmək çətindir, gərək birbaşa müşahidlər aparasan. Yuxarıda qeyd etdiyim kimi, 30 gündə Qazaxı gəzdim. İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovu piyada gəzərkən, Qazaxda avtovağzalın yanında, Qazax Olimpiya İdman Kompleksinin yaxınlığında, “Çinarın dibi” (Buranın bir keçilməz yolları vardı, indi isə şüşə kimi asfalt döşənib) adlanan ərazidə, yeni təmir olunmuş Heydər Parkının ərazisində gördüm. Hamısında da aidiyyəti şəxsləri başına yığıb, nələrəsə baxış keçirirdilər. Yolla ötən hər bir vətəndaşla əllə salamlaşıb, hal-əhvalını soruşurdu. “İgidi öldür haqqını danma” misalı burada tam yerinə düşür. Düzdür, zaman-zaman Qazaxla bağlı “tünd” tənqidlər yazırlar. Vicdanını “abort” etdirməyən adam gərək təqdiri də qələmə almağı bacarsın. Azca ədalət hissi olan vətəndaş, jurnalist həqiqəti özü üçün bir mayak hesab etməlidir. Bir sözlə, vətəndaş məmnunluğu Qazax RİH-də prioritet məsələdir.

Nələr yazdım?

Belə bir məlumat eşitmişdim ki, Qazax RİH başçısının xüsusi qəbul günü yoxdur. Başçı işdədirsə, deməli həmin gün qəbul var. Bu halın real olub-olmadığını öyrənmək üçün RİH-nin elektron ünvanına Qazax rayon Daş Salahlı sakinlərinin müqəddəs bir amalının gerçəkləşməsinə dair məktub yazdım və “tet-a-tet” görüş istədim. 

Məktubun tam aşağı hissəsinə qeyd etdim:

“Sabah - 02.09.2026-cı il tarixdə paytaxta qayıtmalıyam, bu gün məni qəbul edə bilsəniz, adekvat olardı”.

İki saat keçmədi, dəvət aldım, görüşdüm. Rəcəb müəllimlə dərin fikir mübadiləsi apardıq. Daş Salahlı camaatını maraqlandıran məsələnin faydalılığını, insanların istəyini və dövlətin maraqlarını müzakirə etdik. R.Babaşov dövlət ərkanını qoruyaraq, sakinlərin bu müqəddəs amalının gerçəkləşməsi üçün “yes” düyməsini basdı. Dövlətçiliyin möhkəmlənməsi, gəncliyin inkişafı və intişarına dəstək ifadə olundu. Bax, dövlət belə olmalıdır və belədir!  

Bir sözlə, çətinliyi olan hər bir vətəndaş ya rayon icra hakimiyyətinin elektron ünvanına yazır, ya da birbaşa görüşə gəlib dərdini izhar edir. Qapılar daim taybatay açıqdır.

Haşiyə: “Elektron ünvana yazılan hər bir məktubu Qazax RİH başçısı şəxsən oxuyur”. 

Nələr gördüm?

Qazax 2026-cı ildə “İdman paytaxtı” seçilib. İndi Qazax Azərbaycanın təkcə “Qərb qapısı” deyil, həm də dünyaya açılan qapısıdır. İndi Qazax beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Qazax az qala bir Avropa şəhəridir. Yolları hamar, parkaları təmizdir. Müasir idman qurğuları və restoranlarla təchiz olunub, xalqın əyləncəsi üçün Heydər Parkında hər cür münbit şərait yaradılıb. Şəxsən mən 28 avqust 2026-cı ildə qızımın doğum gününü doğmalarımla birgə Heydər parkında qeyd etmişəm. Ayıq-sayıq vətəndaş düşünəcək, sorğu edəcək ki, burada qeyri-adi nə var ki?! Parkda, restoran açılıb, orada tort kəsmək nə böyük hikmətdir axı?! Amma həmin şəxsin diqqətinə izhar edim ki, Qazaxda bu sayaq minimal imkanlar indiyə kimi yox idi. Bəli, Heydər parkında bir pinti çay evi vardı, o da ailələr üçün deyildi. Əvvəllər orada nərd və domino çırpan kişilərin haray-həşirindən qulaq tutulurdu. İndi isə Avropa standarlarına cavab verə bilən sistem, mexanizm qurulub. Uşaq, yeniyetmə və gənclərin istirahəti üçün şərait yaradılıb. 25.07.2026-cı ildə Qazaxda ilk dəfə avarçəkmə tədbiri, veloyürüş təşkil olunub. Qısası, idman paytaxtı olan Qazax hər gün yenilənir, inkişaf edir, tərəqqipərvər bir rayona çevrilir. Köhnədən qalan idman zalları və idman qurğuları ya əsaslı təmir olunur, ya da yenidən inşa edilir. Bütün bunlar isə gənc nəslin sağlam yetişməsinə xidmət göstərir. Çünki ruhu, canı sağlam olmayan gənc sağlam vətəndaş kimi formalaşa bilməz. Bu məqamda “İdman sağlamlığın rəhnidir” kəlamı yerinə düşür. 

Nələr eşitdim?

Qazaxa yağan dolu nəticəsində ayrı-ayrı kəndlərdə təxminən 500-ə yaxın evin dam örtüyünü dolu sıradan çıxarıb. Hamı da dövlətdən yardım umur. Əlbəttə, vətəndaşın dövlətdən başqa sığınmalı olduğu istinad nöqtəsi yoxdur. Bu məlumatı mənə Daş Salahlıda evini dolu döymüş şəxslər ərz ediblər. Bildirdilər ki, evlərinin dam örtüyü qısa zaman kəsiyində bərpa olundu. Vətəndaşa diqqət, qayğı belə olmalıdır və belədir!

Şəhid ailələri nələr danışır?

Qazaxda şəhid ailələrinə bir ayrı rəğbət, nəvaziş və qayğı var. Özüm içərisində olduğum hadisəni ərz edirəm: 2024-cü ildə Birinci Qarabağ savaşı zamanı Şəhidlik zirvəsinə ucalmış Fidat Məmmədovun xatirəsinə sərbəst güləş üzrə turnir həyata keçirdik. Turnirin baş tutması üçün icra hakimiyyəti səfərbər olundu, dəstək verdi, məkan ayırdı, tədbirə qatıldı. RİH nümayəndləri təşrif buyurub, tədbiri daha yaddaqalan etdilər. Bununla da “dövlət daim şəhid ailələrinin yanındadır” mesajını verdilər. Bundan başqa, şəhid ailələri bildirdilər ki, rayon icra başçısı daim onların qayğıları ilə maraqlanır. Başçı həmin ailələrə o qədər baş çəkir ki, artıq bütün şəhid ailə üzvlərini adbaad tanıyır və onları öz ailə üzvlü hesab edir.

Qazaxda nələr gözəlləşib?

Qazax həm də zahirən gözəlləşib. Fikrimizi poetik dillə ifadə etsək, Qazaxın çöhrəsinə zəriflik, nəciblik qonub. Rayonun mərkəzi əvəllər “Qazax bazarı” adlanan məkan keçilməz qalanı xatırladırdı. Maşın əlindən addım atmaq olmurdu. İndi orada səliqə-sahman yaradılıb. Hətta, bazarın içərisinə də “əl gəzdirilib” ki, bu da olduqca zəruri idi. Yeni böyük geyim, ərzaq mağazaları, böyük restoranlar fəaliyyətə başlayıb. Bütün bunlar isə sahibkarlara, sahibkarlıqla məşğul olmaq istəyənlərə yaradılan əlverişli şəraitin təcallasıdır. “Böyük bolnitsa” adlanan xəstəxana və “Diaqnostika mərkəzi” tam müasir standartlara müvafiq qurulub, binalar da yenilənib, tibbi avadanlıqlar da. 

Qazaxda nələri bəyəndim?

Bu gün Azərbaycanda paytaxt Bakı daxil olmaqla, bütün regionlarda hər kəsi düşündürən, qayğılandıran bir məsələ də var: 

“Dəbdəbəli ehsan süfrələrini necə aradan qaldıraq?” Bu məsələ Qazaxda tamamilə həllini tapıb. 

Əvvəllər yaxını rəhmətə gedən adamlar bilmirdilər kədərlərinə sızlasınlar, mərhumun xiffətini, niskilini çəksinlər, yoxsa mal-heyvan tapıb, kəsib ehsan versinlər. 

İndi isə çox sadədir: xurma, çay, halva, dovğa, pendir, salat. İkinci bəyəndiyim məsələ odur ki, bütün icra nümayəndələri mövsümündən asılı olmayaraq, kənd sakinlərinə çağırış edib, iməclik təşkil edirlər. Sakinlər qəbiristanlığa gedib, öz yaxınlarının ot-alaf basmış qəbirlərini təmizləyirlər. Bunu necə qiymətləndirməyəsən axı?!

Əslən Daş Salahlıdan olan və sənətinə böyük sayğı duyduğum əməkdar artist Sahib İbrahimovun dəyərli bir fikri var:

“Qarabağlı olub, “Qarabağ şikəstəsi” oxumağa nə var ki?! Məsələ qazaxlı olub, Qarabağ şikəstəsi oxumaqdadır. İndi Rəcəb müəllimlə də bağlı demək olar: 

“Qazaxlı olub, Qazaxı sevməyə nə var ki?! Məsələ Sabirabadda doğulub, boya-başa çatıb Qazaxı sevmək və inkişaf etdirməkdədir”. 

Rəcəb Babaşov Qazaxda “ASAN” xidmət modelində idarəçilik mexanizmi formalaşdırıb, desək yanılmarıq.  

Nələr arzu etdim?

İnşallah o gün olsun ki, mətbuat səhifələrindən “Qazaxın işğaldan azad olunan 4 kəndi- Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılıya köç başladı” xəbərini oxuyaq. İnanıram ki, artıq bu prosesə gedən yol görünür.  

Qazaxın işğalda qalan 3 kəndi: Yuxarı Əskipara, Bərxudarlı və Sofulu ana südü qədər halal azadlığına qovuşsun. 

İnanıram və əminlik ifadə edirəm ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, Azərbaycanın diplomatik korpusu və ya siyasi “beyin bankı”nın səyləri nəticəsində bir güllə belə atılmadan o kəndlər də azadlığına qovuşacaq. 

P.S. Qazaxı daim diri və duru görmək bizə yalnız xoşbəxlik ərmağan edir!

Hazırladı: Ayyət Əhməd

16.09.2026-cı il


Oxunub: 306
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 11:35 | Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib
    Bu gün, 11:28 | Tovuzun icra başçıları niyə həmişə tovuzlu olur? – 35 illik maraqlı ənənənin sirri
    Bu gün, 11:26 | Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - Foto
    Bu gün, 10:40 | "Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
    Bu gün, 10:37 | "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    Bu gün, 10:36 | "Haber Global": 44 gündə yazılan dastan - Video
    Bu gün, 10:34 | Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
    Bu gün, 10:33 | Zəfərdən Böyük Qayıdışa: Qalib xalqın qürur dastanı - Foto
    Bu gün, 10:31 | Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"
    Bu gün, 00:03 | Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    Dünən, 23:40 | Yaxın gələcəkdə şanslı olacaq BÜRCLƏR
    Dünən, 23:36 | Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
    Dünən, 23:34 | Ronaldonun Messiyə jestləri cavabsız qaldı
    Dünən, 23:31 | Almaniyanı rekord sayda insan tərk etdi - Bu ölkələr liderdir
    Dünən, 22:40 | 7 qol vuruldu, "Qalatasaray" liderliyini möhkəmləndirdi
    Dünən, 21:06 | “Əmək” ordeni alan jurnalistlər hansı üstünlükləri qazandılar?
    Dünən, 21:05 | "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    Dünən, 21:02 | Prezidentdən Qarabağa səfərlə bağlı - Video
    Dünən, 21:01 | Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
    Dünən, 21:00 | "Zirə" son dəqiqələrdə qələbə qolunu vurdu
    Dünən, 18:44 | XİN-dən 8 Noyabrla bağlı - Bəyanat
    Dünən, 18:42 | Bakının bu bölgəsi su altında qaldı - Video
    Dünən, 17:50 | Ağdaşda “Heyva festivalı” keçirildi - Video
    Dünən, 17:47 | Noyabrda bu balıqları yemək olmaz
    Dünən, 17:45 | “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində Tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - FOTO
    Dünən, 17:41 | Prokurorluq orqanlarında çalışmaq istəyənlərin diqqətinə
    Dünən, 16:48 | FHN-də Zəfər Günü ilə bağlı tədbir keçirildi - Video
    Dünən, 16:47 | Şəkidə ağır qəza: ölən var
    Dünən, 16:38 | Qazaxda 8 Noyabr – Zəfər Günü münasibətilə “Yurdumun zəfər səsi” başlıqlı bayram konserti təşkil edilib
    Dünən, 14:16 | Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı
    Dünən, 14:09 | Yaqub Eyyubov təqaüdə göndərilir
    Dünən, 14:06 | Prezident bu şəxslərə “general-leytenant” və “general-mayor” rütbəsi verdi - SİYAHI
    Dünən, 14:03 | Qazaxıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın regional nəqliyyat-logistika strategiyası üçün yeni imkanlar yaradır
    Dünən, 13:43 | Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi
    Dünən, 13:42 | Röya bu gün açıq havada konsert verəcək - Foto
    Dünən, 13:39 | Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
    Dünən, 13:23 | Azərbaycan nefti bahalaşıb
    Dünən, 13:17 | Ağstafada bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu - Video
    Dünən, 13:15 | İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı
    Dünən, 13:08 | Sabah Bakıda intensiv yağış yağacaq
    Dünən, 13:06 | Bu gün açılışı olan Xankəndi şəhər stadionundan fotolar
    Dünən, 12:59 | Yol polisindən sürücü və piyadalara müraciət
    Dünən, 12:32 | İlham Əliyev Xankəndi Stadionunun açılışında - Foto
    Dünən, 12:28 | Bu ərazilərə qar yağdı
    Dünən, 11:31 | Media və Yayım Şurasının rəhbərliyi Çində qlobal sammitdə iştirak edir - Foto
    Dünən, 11:09 | Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - Foto
    Dünən, 10:48 | Bakıda avtobus minik maşını ilə toqquşdu
    Dünən, 10:45 | Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
    Dünən, 10:43 | Həmin şəxslərə 20 milyon mükafat verəcəklər
    Dünən, 10:38 | Gübrə kəskin bahalaşır: Ərzaq bazarını hansı risklər gözləyir? - VİDEO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.