Mediaxeberleri.az
    
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
  • 
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”

Son xəbərlər :
  • Gələn ay Mətbuat Şurasının qurultayı keçiriləcək
  • Qazaxda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
  • Əli Kərimli ömürlük həbs edilə bilər - İstintaq bitdi
  • Hərbçimiz faciəvi şəkildə vəfat etdi - FOTO
  • Komitə Lənkəranda ögey ata tərəfindən işgəncə görən 3 yaşlı uşaqla bağlı məlumat yaydı
  • Vəzir Həsənovun idarəsində yoxlama - Cəzalandırılanlar var
  • Sabah hava necə olacaq?
  • Qazaxıstan MN-in 5 vəzifəli şəxsi Xəzərdə hərbçilərin ölümünə görə saxlanıldı
  • Rusiyadan minlərlə adam Azərbaycana gəldi - Səbəb bu imiş
  • Formula-1: Üçüncü sərbəst yürüş başladı
  • Hakimin prokuror olmuş atası vəfat etdi
  • Neft 105 dolları keçdi
  • Bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA
  • UEFA Millətlər Liqası: "Ölüm qrupu"nda Türkiyə Fransanı qəbul edir
  • "Bəlkə də mən sənin üçün heç vaxt tam bir qız ola bilmədim" - Rəqsanə
  • Ukraynada azərbaycanlı ailəni sarsıdan faciə: Polis mayoru dron zərbəsinin qurbanı oldu - VİDEO
  • Azərbaycan və Ermənistan diplomatları Nyu-Yorkda yenidən görüşdülər
  • Ceyhun Bayramov İƏT-ə çağırış etdi - FOTO
  • “Qərarı vermək ABŞ-nin işidir” – Pezeşkian müharibənin başa çatdırılması ilə bağlı
  • Üç BÜRCƏ şad xəbər
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Onun “Əməkdar jurnalist” adı ilə təltif edilməsinə ehtiyac var

  • Tarix: Dünən, 13:47

Seymur Əliyev: “Bu, ədalətin bərpası, eləcə də mediamız üçün sevinc olardı”

Qulu Məhərəmli:“Zülfüqar insan kimi də, jurnalist kimi də mötəbər adam idi”

İlham İsmayıl: “Zülfüqarın vətənə, Başlıbelə bağlılığı da fərqli idi”

İnsanlar adətən iki prizmadan dəyərləndirilirlər: cəmiyyətin yük olaraq daşıdıqları və ya əksinə, cəmiyətin yükünü daşıyanlar. Cəmiyyətə, dövlətə yük olanlar zamanla mütrüfləşənlər, cəmiyyətin yükünü daşıyanlar isə müdrikləşənlərdir. Bu mənada ki, daim Azərbaycan ictimaiyyəti qələmini süngüyə çevirib, cəmiyyətin aydınlaşması, duru və diri qalmasına xidmət edən, öz mətbu irsi və həyat kredosu ilə müsbət örnəyə çevrilən cahanşümul şəxsiyyətlərə təşnədir. Bu məqalədə uzun illər Azərbaycanın informasiya cəbhəsində savaşmış, cəmiyyətin ağır yükünü çiyinlərində daşımış, illər boyu Qarabağ “sancı”sını çəkmiş, Kəlbəcər xiffətini canında, ruhunda yaşatmış, qələmi ilə müstəqil dövlət və cəmiyyət quruculuğunda yaxından iştirak etmiş qələm dostumuzdan-Moderator.az-ın təsisçisi və baş redaktoru olmuş mərhum Zülfüqar Hüseynzadədən söz açacağıq. 

Xatırladaq ki, o, 1971-ci ilin 24 avqustunda anadan olub. 18 iyun 2023-cü il tarixdə, ömrünün 52-ci ilində, gəncliyin qocalığında gözlərini dünyaya əbədi yumub. 

“Gözlərini dünyaya əbədi yumub” ifadəsini təsadüfi seçmədim, çünki Z.Hüseynzadə ilə “ölüm” kəlməsini yanaşı yaza bilmədim, barmaqlarım işləmədi. Ümumiyyətlə, onunla bağlı fikir söyləyəndə keçmiş zamana xitab etməyə dilim gəlmir. Çünki ziyalılar ölmürlər axı! Doğrudur, onlar fiziki və bioloji olaraq, başqa bir həyata köçürlər, lakin yazıb-yaratdıqları ilə xalqın yaddaşında həmşəyaşar olurlar. Baxın, Həsən bəy Zərdabi, Ceyhun Hacıbəyli, Üzeyir Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Xəlil İbrahim, Əlimərdan bəy Topçubaşov və digər görkəmli publisistlər xalqın təhtəlşüurunda necə diri qalıblar?! Adıçəkilən dühaların açdıqları çığırla addımlamış Z.Hüseynzadəni də ölümsüz edən onun publisitik yaradıcılığı, yüksək insanı keyfiyyəti və dövlət, vətən, millət sevdalısı olmasıdır. O, yaşadığı hər bir gün tarixə keçəcək izlər buraxıb. Bu mənada jurnalist ömrü müqəddəs hesab olunur. Ona görə ki, jurnalist həyatı Allahın əl işidir. Onların ölüm deyil, yalnız doğum günü olur. Z.Hüseynzadə böyük hərflərlə GÖRKƏMLİ JURNALİST olmaqla yanaşı, həm də prinsiplərinə xəyanət etməyən şəxsiyyət idi. O, qum kimi dağınıq, sabun kimi sürüşkən xarakteri ilə deyil, daim prinsipial mövqeyi ilə seçilirdi. Çünki istedadı olub, şəxsiyyəti olmayanlar heç zaman tarixə düşməyiblər, əksinə tarixdən düşüblər. Qələmdaşımız Z.Hüseynzadə jurnalistikadakı yaradıcılığı ilə yanaşı, həm də uca şəxsiyyəti ilə Azərbaycan mətbuat tarixinə düşməyi bacarıb. Yəqin, bu düşüncələrimizi onun həmkarları, dostları da təsdiq edər. 

“Zülfüqarda Azərbaycan kişisinə xas olan duruş gördüm”

BDU-nun professoru, tanınmış telejurnalist Qulu Məhərrəmli də qeyd edib ki, elektron media yeni bir texnoloji burulğanın içərisindən maraqlı adamlar ortaya çıxardı:

“Onlardan da biri Moderator.az saytının təsisçisi və uzun illər ona rəhbərlik etmiş, rəhmətlik Zülfüqar Hüseynzadə idi. Zülfüqar jurnalistikanı, informasiyanı, mətbuatı dərinliyi ilə duyan insan idi. Çox fədakar, zəhmətkeş və çevik idi. “İki daşın arasında” çox maraqlı başlıqlar tapan, yazıya forma verə bilən, mətnin ideyası və məzmununu sürətli şəkildə üzə çıxaran jurnalist idi. Çox yaxşı münasibətimiz vardı, xüsusən, 2016-cı ildə məhkəməyə verilmişdik. Zülfüqar bəy AzTV-ni tənqid edən müsahibəmi Moderator.az-da tirajladı. Buna görə onu da məhkəməyə verdilər. İnsan belə kritik anda real keyfiyyətini nümayiş etdirir. Həmin məqamlarda Zülfüqarda Azərbaycan kişisinə xas olan mərdlik və duruş gördüm. Axıra qədər yanımda dayandı. İntiusiyası çox yüksək idi. İstedadlı sayt rəhbəri idi. Gözəl yazıları vardı. İstənilən mövzuda çox asanlıqla məqalə hazırlaya bilirdi. Bu da onun istedadının göstəricisidir. İnsan kimi də, jurnalist kimi də etibarlı və mötəbər adam idi. Onu həmişə sevgi, hörmət və məhəbbətlə xatırlayıram, Allahdan rəhmət diləyirəm”.

“Jurnalistika onun üçün sevinc mənbəyi idi”

Z.Hüseynzadə ilə uzun illər müxtəlif mətbu dərgilərdə çalışmış, bu gün də Moderator.az-ın şərəfini qoruyan tanınmış jurnalist Seymur Əliyev də olduqca orijinal xatirələr bölüşüb:

“Zülfüqarla tanışlığım “Hürriyyət” qəzetində çalışdığım dövrə təsadüf edir. Qəzetə yeni gəlmişdim. O zaman “Hürriyyət”də ən maraqlı təhlil və müsahibələri Zülfüqar yazırdı. Onun fərqli yazı dili, maraqlı üslubu var idi. Məqalələri məmnunluqla qarşılanır, sevilirdi. Bir müddətdən sonra aramızdakı ünsiyyət əsl dostluq münasibətinə çevrildi. Daha sonra Zülfüqar Moderator.az-ı təsis etdi və mən elə ilk gündən bu saytda fəaliyyətə başladım. Zülfüqar qeyri-adi istedadı, hədsiz çalışqanlığı ilə qısa zamanda “Moderator”u ən populyar media orqanları sırasına yüksəltdi. Söz azadlığı,  plüralizm, həqiqətə və milli maraqlara sadiqlik onun peşə fəaliyyətinin əsasını təşkil edirdi. Təəssüf ki, həyatın haqsızlıqları Zülfüqardan da yan keçmədi. Media nümayəndələri üçün inşa edilən binalardan ona ev verilmədi. Halbuki, Zülfüqar peşəkar jurnalist olmaqla yanaşı, həm də məcburi köçkün idi və kirayədə yaşayırdı. Lakin ozamankı səlahiyyət sahibləri bu reallıqları nəzərə almadılar. Fəqət bu haqsızlıq Zülfüqarı ruhdan salmadı. O, yenə eyni coşğu və əzmkarlıqla jurnalist fəaliyyətini davam etdirir, saytın inkişafı üçün əlindən gələni əsirgəmirdi. Jurnalistika onun üçün sevinc mənbəyi idi və sona qədər də belə də qaldı”.

Heç vaxt baş tutmayan qonaqlıq...

S.Əliyevin sözlərinə görə, Z.Hüseynzadənin əsas arzularından biri doğma diyarı Başlıbeldə ev tikmək, sevdiyi insanlarla bu evdə bir araya gəlmək idi:

“O, bu barədə bütün dostlarına həvəslə danışır, bu haqda söhbət etməkdən həzz alırdı. Zülfüqar dostlarına Başlıbeldə tikəcəyi evdə qonaqlıq vəd etmişdi. Ancaq vaxtsız əcəl ona bu arzusunu reallaşdırmağa imkan vermədi. Zülfüqarın arzusunda olduğu heç vaxt tikilmədi və hamımızın gözlədiyi bu qonaqlıq əsla baş tutmadı”.

“Zülfüqarın “Əməkdar jurnalist” adı ilə təltif edilməsini jurnalistlər təqdir edər”

Həmsöhbətimiz Z.Hüseynzadə ilə bağlı mühüm təklif irəli sürüb:

“20 il onunla müxtəlif redaksiyaları bölüşən, davamlı ünsiyyətdə olan jurnalist kimi deyə bilərəm ki, onun heç vaxt dilə gətirmədiyi, amma danışıqlarından sezdiyim, sövq-təbii hiss etdiyim bir arzusu da var idi. O, media sahəsindəki uzunmüddətli xidmətlərinin nə zamansa nəzərə alınacağına, xüsusilə də “Əməkdar jurnalist” adı ilə təltif ediləcəyinə ümid edirdi. Çox güman ki, vaxtsız ölümü olmasaydı, Zülfüqarın bu arzusu gerçəkləşə bilərdi. Lakin ölüm bütün planları kimi onun bu arzusunu da yarımçıq nöqtələdi. Hesab edirəm ki, Zülfüqarın ölümündən sonra da olsa, “Əməkdar jurnalist” adı ilə təltif olunmasına ehtiyac var. Bu, onun yarımçıq arzularından birinə “nəfəs” verməklə yanaşı, həm də Zülfüqara münasibətdə ədalətli addım olardı. Z.Hüseynzadə yaradıcılığına bələd olan hər kəs bilir ki, o, bu ada həqiqətən də layiq idi. Belə bir addım jurnalistlərimiz tərəfindən də təqdirlə qarşılanar, gənc jurnalistlər üçün də örnək olar. Ümid edirəm ki, biz yaxın gələcəkdə dövlətimizin və Prezidentimizin qayğısı sayəsində buna şahid olacaq, “Əməkdar jurnalist” adı gec də olsa, əbədiyyətdəki sahibinə - peşəkarlığı, təmənnasızlığı və fədakarlığı ilə bizə nümunə olan əsl vətənpərvərə qovuşacaq”.

“Mənə elə gəlir, ondan inciyən adam olmazdı”

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl da qələmdaşımız barədə olduqca maraqlı danışıb: “Onunla tanışlığımız 2015-ci ilin əvvəllərində başladı. Mənimlə görüşəndə bildirdi ki, hərdən yazılarınızı görürəm, xahiş edirəm bizə də yazın. Moderator.az-a yazılar yazırdım. Zülfüqarın məziyyətini nədə görürdüm? Bir cümlə ilə mətnin sərhlövhəsini o qədər gözəl ifadə edirdi ki, yazı cəlbedici olurdu. Bir cümləlik müdaxiləsilə yazıya xüsusi rəng qatırdı, onu oxunaqlı edirdi. Zülfüqar işin təşkilini də peşəkar formada bilirdi. Kollektivi yönləndirmək, janr müxtəlifliyini qorumaq, inkişaf etdirmək zəruridir. Müsahibələr, reportajlar, açıqlamalar və xəbərlərin hazırlanmasına dair göstərişlərini verirdi. Kollektivlə çox səmimi idi. Səsinin tonunu qaldırmazdı. İradını da mədəni ifadə edərdi. Moderator.az-ın nə uğurları varsa, Z.Hüseynzadəyə bağlıdır. Havalar isinən kimi, kollektivi yığıb, Qubaya aparırdı. O, insanların istirahətini də düşünürdü. Xoş anlar keçirməyi bacarırdı”.

İ.İsmayıl vurğulayıb ki, Z.Hüseynzadənin Qarabağa, el-obaya sevgisi sərhəd tanımırdı: “Onunla Xoşbulağa dəfələrlə səfərimiz olub. Daşkəsənin ən yüksək zirvəsinə çıxıb, Kəlbəcərə boylanırdıq. O zaman hələ azad edilməmişdi. Oradan qayıdandan sonra yazılar yazırdıq. Zülfüqarın Başlıbelə bağlılığı da fərqli idi. Başlıbel faciəsini mətbuatda daha çox işıqlandıran Zülfüqar idi. Nənəsi də Başlıbel faciəsində şəhid olmuşdu deyə, o, həmişə ağrı çəkirdi. Zülfüqar qaçqın vaxtı Bərdədə məskunlaşmışdı. Mən də Tərtərdənəm. Məmnuniyyətlı Bərdəni, Tərtəri gəzirdik. Ağdərənin azad olunan hissəsinə baxırdıq, fotolar çəkdirirdik. Bu, onun içindən gələn vətənpərvərliyi, el-obaya heyranlığı idi. Şəhərin müasirliyi, cazibliyi onun kəndə vurğunluğunu ruhundan “sökə” bilməmişdi. Elin rituallarını gözəl bilirdi, qoruyurdu. O qədər həlim xarakteri vardı ki, mənə elə gəlir, ondan inciyən adam olmazdı. İnsanları incitməklə qətiyyən arası yox idi. Ona şərait yaradılsa idi, daha böyük media holdinqi idarə edəcək səviyyədə olan şəxsiyyət idi”.

“Zülfüqar dedi ki, bura cənnət bağıdır”

Müsahibimiz bildirib ki, Z.Hüseynzadənin ölümündən bir həftə əvvəl kənddə qonaq olublar:

“Kənddə, bizim evdəydik. Həyətdə ərik ağaclarım var. Ərik də yetişmişdi. Çıxdı, qardaşı Allahyarla 2 vedrə ərik yığdı. Dedi ki, adam buradan heç getmək istəmir, bura cənnət bağıdır. Mən Bakıya qayıtdım, Söylədi ki, Kəlbəcərə gedir, sonra Bakıya qayıdacaq. Bir də xəbər çıxdı ki, Başlıbeldə ürəyi dayanıb”.

P.S. Zülfüqar bəy yaşasaydı, 55 yaşını qeyd edəcəkdi. Bu qoşa beşlər onun həm insan kimi beş, həm də jurnalist kimi beşə layiq olduğunun təcallasıdır.

Allah rəhmət eləsin!

Müəllif: Ayyət ƏHMƏD

Ayna.az


Oxunub: 156
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 15:24 | Gələn ay Mətbuat Şurasının qurultayı keçiriləcək
    Bu gün, 15:19 | Qazaxda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
    Bu gün, 15:14 | Əli Kərimli ömürlük həbs edilə bilər - İstintaq bitdi
    Bu gün, 14:29 | Hərbçimiz faciəvi şəkildə vəfat etdi - FOTO
    Bu gün, 14:26 | Komitə Lənkəranda ögey ata tərəfindən işgəncə görən 3 yaşlı uşaqla bağlı məlumat yaydı
    Bu gün, 13:26 | Vəzir Həsənovun idarəsində yoxlama - Cəzalandırılanlar var
    Bu gün, 13:24 | Sabah hava necə olacaq?
    Bu gün, 13:06 | Qazaxıstan MN-in 5 vəzifəli şəxsi Xəzərdə hərbçilərin ölümünə görə saxlanıldı
    Bu gün, 12:59 | Rusiyadan minlərlə adam Azərbaycana gəldi - Səbəb bu imiş
    Bu gün, 12:58 | Formula-1: Üçüncü sərbəst yürüş başladı
    Bu gün, 09:40 | Hakimin prokuror olmuş atası vəfat etdi
    Bu gün, 09:35 | Neft 105 dolları keçdi
    Bu gün, 09:25 | Bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA
    Bu gün, 09:09 | UEFA Millətlər Liqası: "Ölüm qrupu"nda Türkiyə Fransanı qəbul edir
    Bu gün, 08:56 | "Bəlkə də mən sənin üçün heç vaxt tam bir qız ola bilmədim" - Rəqsanə
    Bu gün, 08:40 | Ukraynada azərbaycanlı ailəni sarsıdan faciə: Polis mayoru dron zərbəsinin qurbanı oldu - VİDEO
    Bu gün, 08:20 | Azərbaycan və Ermənistan diplomatları Nyu-Yorkda yenidən görüşdülər
    Bu gün, 07:53 | Ceyhun Bayramov İƏT-ə çağırış etdi - FOTO
    Bu gün, 07:51 | “Qərarı vermək ABŞ-nin işidir” – Pezeşkian müharibənin başa çatdırılması ilə bağlı
    Bu gün, 07:49 | Üç BÜRCƏ şad xəbər
    Bu gün, 07:48 | Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb
    Bu gün, 07:47 | Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər
    Dünən, 22:43 | Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
    Dünən, 22:03 | Azərbaycan boksçusu Avropa çempionu olub
    Dünən, 21:29 | Szinpindən süni intellektlə bağlı ABŞ-a çağırış...
    Dünən, 21:06 | Ödəniş kartları və elektron pulla bağlı AÇIQLAMA
    Dünən, 21:00 | Metrodan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
    Dünən, 20:58 | Xəzərdə təlimlər zamanı 12 hərbçi öldü - Video
    Dünən, 20:56 | İş adamı Qoşqar Məmişova "stop" qoyuldu
    Dünən, 18:51 | Bakıda məktəbdə valideynlərdən pul yığıldı: Sinif rəhbəri TƏNBEH EDİLDİ - VİDEO
    Dünən, 18:37 | Milyonluq mülkləri ilə gündəmə gələn Qəzənfər Abdullayev istefa verdi
    Dünən, 18:35 | Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
    Dünən, 18:32 | Prezident qanunu imzalamadı, MM-ə qaytardı - Səbəb
    Dünən, 16:20 | Prezident icra başçısını vəzifəsindən azad etdi
    Dünən, 15:43 | Qazaxda açıq ərazidə yanğın olub
    Dünən, 13:50 | Əbilkənd: Adı dəyişdirilmiş, əhalisi deportasiya edilmiş Azərbaycan yurdu - FOTO/VİDEO
    Dünən, 13:47 | Onun “Əməkdar jurnalist” adı ilə təltif edilməsinə ehtiyac var
    Dünən, 13:33 | Sabah Bakıda yağış, bölgələrdə leysan və dolu gözlənilir
    Dünən, 12:46 | Qazaxda eşitdiklərim, oxuduqlarım və gördüklərim... - Ayyət Əhməd yazır
    Dünən, 10:07 | Əli Nağıyev: "Ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir"
    Dünən, 09:55 | MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    Dünən, 09:50 | İcra başçısının bağçaya gedən balaca fidanla səmimi görüşü
    Dünən, 09:40 | Dünyanı gözləyən təhlükə: El Ninyo yüzminlərlə insanın ölümünə səbəb ola bilər
    Dünən, 08:29 | Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
    Dünən, 08:27 | 30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
    Dünən, 08:25 | “Bitcoin”in qiyməti 84 min dollara düşüb
    Dünən, 08:23 | Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
    Dünən, 08:20 | TRIPP Azərbaycanın qərb rayonlarını Naxçıvanla necə birləşdirəcək? - Nazir DETALLARI AÇIQLADI - FOTO
    Dünən, 07:56 | Bu işlərdə çalışanların ödündə daş yaranır
    Dünən, 07:55 | Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.