Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
Qazaxıstanın Manqistau vilayətində baş vermiş hadisə nəticəsində həlak olan hərbi qulluqçuların sayı 12-yə çatıb. ----------- Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə sentyabrın 24-də Manqistau vilayətində Xəzər dənizi sahilində təlim-döyüş tapşırığı yerinə yetirilərkən baş verib. Qurumdan qeyd olunub ki, üç hərbçi xilas edilib, o cümlədən biri xəstəxanaya yerləşdirilib. Digərlərinin axtarışı aparılır.

Qazaxıstanda hava şəraitinin kəskin pisləşməsi səbəbindən Xəzərdə təlimlər zamanı 19 hərbçini axın aparıb, onlardan doqquzu həlak olub.
Oxunub: 29
Xəbəri paylaş
Paylaş:





















