UEFA Millətlər Liqası: "Ölüm qrupu"nda Türkiyə Fransanı qəbul edir
Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək. Mediaxeberleri.Az xəbər verir ki, bu oyun günündə səkkiz qarşılaşma baş tutacaq. A Liqasının I qrupunda diqqətlər Türkiyə - Fransa və İtaliya - Belçika oyunlarına yönələcək. B Liqasının II qrupunda Gürcüstan Şimali İrlandiyanı qəbul edəcək, Macarıstan isə Ukrayna ilə qarşılaşacaq. B Liqasının IV qrupunda Polşa Bosniya və Herseqovina ilə, İsveç isə Rumıniya ilə münasibətlərinə aydınlıq gətirəcək. C Liqasının II qrupunda Ermənistan Latviyanı qəbul edəcək, Monteneqro isə Kiprlə üz-üzə gələcək. UEFA Millətlər Liqası 25 sentyabr A Liqası, I qrup 22:45. İtaliya - Belçika; 22:45. Türkiyə - Fransa. B Liqası, II qrup 20:00. Gürcüstan - Şimali İrlandiya; 22:45. Macarıstan - Ukrayna. B Liqası, IV qrup 22:45. Polşa - Bosniya və Herseqovina; 22:45. İsveç - Rumıniya. C Liqası, II qrup 20:00. Ermənistan - Latviya; 22:45. Monteneqro - Kipr.





















