Milyonluq mülkləri ilə gündəmə gələn Qəzənfər Abdullayev istefa verdi
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev istefa verib. Məlumata görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası oktyabrın 8-də Q.Abdullayevin istefa ərizəsinə baxacaq. Qeyd edək ki, son günlər mətbuatda Q.Abdullayevin fəaliyyəti və milyonluq mülkləri ilə bağlı yazılar dərc olunub. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından faktı təsdiqləyiblər. Bildirilib ki, Q.Abdullayev səhhətində yaranmış problemlərlə əlaqədar öz ərizəsi ilə vəzifəsindən istefa verib.
Oxunub: 35
Xəbəri paylaş
Paylaş:





















