Sel təhlükəsinə dair silsilə maarifləndirmə tədbirləri keçirildi
Fövqəladə Hallar Nazirliyi səlahiyyətlərinə uyğun olaraq ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Mediaxeberleri.Az xəbər verri ki, bu barədə FHN məlumat yayıb. Bu çərçivədə Nazirliyin regional mərkəzləri tərəfindən sel təhlükəli ərazilərdə yaşayan əhalinin sel-daşqın təhlükəsindən qorunması istiqamətində maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. Növbəti belə maarifləndirmə tədbirləri Şimal-qərb Regional Mərkəzi tərəfindən Şamaxı rayonunun, Sumqayıt Regional Mərkəzi tərəfindən isə Xızı rayonunun sel təhlükəli kəndlərində keçirilib. Yerli sakinlər, o cümlədən iaşə obyektlərinin əməkdaşları ilə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.





















