Bu ölkəfdə robotlar da ordu sıralarında döyüşəcək
Estoniyanın “Milrem Robotics” şirkəti Birləşmiş Ərəb Əmirliklərinin ordusuna 60 döyüş robotu və pilotsuz yerüstü nəqliyyat platforması verəcək. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə “Defence News” “Edge Group” müdafiə konqlomeratına istinadən məlumat yayıb. “Milrem Robotics” şirkəti ilə BƏƏ-nin Müdafiə Nazirliyi arasında müqavilə “Unmanned Systems Exhibition & Conference (UMEX)” sərgisi zamanı elan edilib. BƏƏ ordusu silah və kəşfiyyat avadanlığı olan maşınlar alacaq. "Müqavilədə 30 mm Mk44 silahları olan tırtıllı robot döyüş maşınları, 30 mm m230lf silahları ilə uzaqdan idarə olunan modullarla təchiz olunmuş THEMIS döyüş bölmələri və atış aşkarlama imkanlarını özündə cəmləşdirən radar və kamera sistemləri olan THEMIS kəşfiyyat maşınlarının tədarükü yer alır", - şirkətin açıqlamasında deyilir.