Fransa Rusiyaya qarşı: Paris Moskvanın bu tələbini rədd etdi
Rusiyanın Belqorod vilayətində İl-76 təyyarəsinin qəzaya uğraması ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb etdiyi barədə məlumat vermişdik. Mediaxeberleri.Az xəbər verir ki, Fransa Rusiyanın bu tələbini rədd edib. Bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb. "Fransa BMT Təhlükəsizlik Şurasının sədri kimi öz funksiyalarından sui-istifadə edir", - məlumatda deyilir. Qeyd edək ki, hazırda BMT Təhlükəsizlik Şurasına Fransa sədrlik edir.
Oxunub: 266
Xəbəri paylaş
Paylaş: