Sosial media bundan danışır: 4,5 metr hündürlükdən yıxılan Şah öldü
Hindistanın Haydarabad şəhərində “Vistex” adlı proqram şirkətinin bayram gecəsi fəlakətə çevrilib. Mediaxeberleri.AZ xəbər verir ki, bayram gecəsində şirkətin baş direktoru Sanjay Şah və sədr Vişvanat Raju Datlanın olduğu dəmir qəfəsin ipi qopub. Baş verən bədbəxtlik nəticəsində Şah 4,5 metr hündürlükdən yıxılaraq həyatını itirib, Datlanın həyati təhlükəsi davam edir. Həmin şəxslər səhnəyə möhtəşəm bir giriş etmək istəyiblər və atəşfəşanlıqla bəzədilmiş dəmir qəfəsə daxil olublar. Şənlik iştirakçılarının çəkdiyi videoda aşağı endirilən qəfəsin yenidən yuxarı çəkildiyi, bir müddət silkələndikdən sonra ipin qopduğu və şəxslərin səhnəyə yıxıldığı görünür. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Oxunub: 383
Xəbəri paylaş
Paylaş: