Rusiyaya məxsus təyyarə Əfqanıstanda qəzaya uğradı
Hindistandan Moskvaya uçan “Falcon 10B” sərnişin təyyarəsi Əfqanıstanın şimal-şərqində qəzaya uğrayıb. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, təyyarədə 6 nəfər olub. Onlardan ikisinin rus olduğu bildirilir. Təyyarənin Bədəxşan əyalətində texniki çatışmazlıq səbəbindən qəzaya uğradığı bildirilir. *** Əfqanıstanda radardan itən təyyarə “Atletik Group”a məxsusdur. Təyyarə Daşkənddən Moskvaya uçurdu. Bu barədə Rusiya Federasiyasının Hava Nəqliyyatı üzrə Agentliyi (Rosaviasiya) açıqlama yayıb. Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydiyyatdan keçmiş “Falcon 10” təyyarəsi ilə yanvarın 20-də axşam saatlarında Əfqanıstanın hava məkanında (Tacikistan sərhədi yaxınlığında) olarkən əlaqə kəsilib və radarlardan itib. “İlkin məlumata görə, təyyarənin göyərtəsində altı nəfər - dörd ekipaj üzvü və iki sərnişin olub", - məlumatda deyilir. “Rosaviasiya” Əfqanıstan və Tacikistanın aviasiya qurumları ilə əlaqə saxlayır. Hazırda təyyarənin axtarışı davam etdirilir. Bədəxşan əyalətindəki Taliban hərəkatının nümayəndəsi “Khaama Press” agentliyinə hadisənin başvermə səbəbini araşdırmaq üçün bölgəyə qrupun göndərildiyini təsdiqləyib. Agentliyin məlumatına görə, təyyarə radardan itib və dağlıq əraziyə düşüb.