İnterpol internet üzərindən törədilən cinayətlərlə bağlı xəbərdarlıq etdi
Beynəlxalq Polis Təşkilatı (İnterpol) xəbərdarlıq edib ki, süni intellektə malik rəqəmsal dünya sayının artması virtual aləmdə törədilən cinayətlərin araşdırılmasını çətinləşdirir. Mediaxeberleri.Az xəbər verir ki, İnterpol Davosda keçirilən Dünya İqtisadi Forumunun (WEF) illik sammitində hüquq-mühafizə orqanlarının nöqteyi-nəzərindən metaversenin əsas çağırışları, təhdidləri və zərərlərinin hərtərəfli təhlilini təqdim edən hesabatını dərc edib. Hesabatda rəqəmsal dünyaların sürətlə artmasının müstəntiqlər üçün böyük problem yaratdığı, virtual dünyaların birdən çox ölkənin məhkəmə orqanlarının yurisdiksiyasına düşə biləcəyi, müvafiq sistem və cihazların mürəkkəb və uyğunsuz olduğu bildirilib. İnterpolun hesabatında rəqəmsal dünyaların hüquq-mühafizə orqanları üçün simulyasiyalar və virtual cinayət yeri təhlükəsizliyindən tutmuş virtual təlimə qədər müxtəlif imkanlar təklif etdiyi qeyd edilib. “Bu, virtual mühitin təhlükəsizliyini təmin etmək və orada fərdin hüquqlarını qorumaq üçün lazımdır”, - deyə hesabatda bildirilir. Vurğulanıb ki, inkişaf edən kriminal mühitə effektiv cavab tapmaq üçün beynəlxalq əməkdaşlıq mühüm olaraq qalır. İnterpolun baş katibi Yurgen Stok məsələni dəyərləndirib: “Metaverse kimi güclü texnologiyaların ortaya çıxması cinayət mühitini getdikcə daha mürəkkəb və transmilli edir. Hüquq-mühafizə orqanlarını yeni çağırışlarla qarşı-qarşıya qoyur. Və biz onu da görürük ki, süni intellekt dünyanın tam hazır olmadığı cinayətkar fəaliyyətlər üçün yeni imkanlar təqdim edir”.