Dəhşətli zəlzələ proqnozu: bu ölkənin 75% ərazisində...
ABŞ-ın Geoloji xidmətinin mütəxəssisləri ölkənin 75%-nin dağıdıcı zəlzələlərlə üzləşə biləcəyini proqnozlaşdırıblar. Mediaxeberleri.AZ xəbər verir ki, zəlzələlərin daha çox baş verdiyi yerlərin xəritəsini tərtib edərkən alimlər dağıdıcı nəticələrə səbəb ola biləcək 500-ə yaxın yeni çat aşkar ediblər. Güclü yeraltı təkanlar xüsusən Atlantik okeanının mərkəzi və şimal-şərq sahillərində proqnozlaşdırılır. Dağıntı Nyu-York, Boston və Vaşinqtona təsir edə bilər. Alimlər Kaliforniyada dağıdıcı zəlzələlərin baş vermə ehtimalının yüksək olduğunu bildiriblər. Materialda, həmçinin bildirilir ki, son 200 il ərzində ABŞ-ın 37 ştatında maqnitudası beş baldan çox olan zəlzələlər baş verib ki, bu da bütün ölkə ərazisində seysmik aktivliyi təsdiqləyir.