Təhsil müdirindən Qazimizə qarşı təhqiredici ADDIM... - deputatdan QƏZƏBLİ REAKSİYA
Dekabrın 9-da Salyan rayonunun Yenikənd inzibati ərazisində seçicilərimlə görüş keçirərkən qeyri - adi məlumatla rastlaşdım. Vətən müharibəsinin iştirakçısı, çox saylı medallarla təltif olunan,ikinci qurup əlili ,Salyan rayonunun Kəribəyli kənd sakini, ali təhsilli, ADPU -nun Psixalogiya ixtisası üzrə məzun İbrahim Hüseynov Salyan-Şirvan Regional Təhsil İdarəsinin sədri Sənan Məsimlinin əmri ilə Qarabag kənd 1 saylı tam orta məktəbinə xadimə "vəzifə"sinə təyin olunub mənimlə söhbətində dəyərli qazimiz ona utanc verən və bəzi yuxarı sinif şagirdləri tərəfindən gülünc hədəfinə çevrilən, onu çox pis vəziyyətə salan bu işin başqa bir işlə əvəz olunmasını dəfələrlə S.Məsimlidən xahiş etsə də o, müxtəlif bəhanələrlə bundan imtina edib.Mənim müracətimə də "başqa işim yoxdu" deyə vəzifəsinin mütləq sahibi kimi cavab verdi.İxtisasca iqtisadçı olan,təhsildən elementatar təsəvvürü olmayandan qazimizə bu cür təhqiramiz münasibət həm də qüsurlu və qəbul edilməz vətandaş mövqeyidir!