Köçəryanın oğlu azadlığa buraxıldı
Ermənistanın ikinci Prezidenti Robert Köçəryanın polisləri döyməkdə ittiham edilərək həbs edilən oğlu Levon azadlığa buraxılıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Qeyd edək ki, “Hayastan” fraksiyasından Milli Assambleyaya deputat seçilən Levon Köçəryan 2 aya yaxın idi ki, həbsdə idi. Sentyabrın 23-də vəkil Aleksandr Koçubayev bildirib ki, müdafiə etdiyi şəxs Levon Köçəryan dörd xüsusi təyinatlı polis əməkdaşını döyməkdə ittiham olunaraq saxlanılıb. Vəkilin sözlərinə görə, Levon Köçəryanın saxlanması siyasi kontekstə malikdir və rəsmi İrəvanın vətəndaş itaətsizliyi aktlarını yatırtmaq cəhdidir.
Oxunub: 583
Xəbəri paylaş
Paylaş: