İşğaldan azad edilmiş ərazilərdə işləyənlər şirkətdən şikayətçidir - VİDEO
Tikinti işlərində çalışan fəhlələr əməkhaqlarını ala bilmirlər... Bərdə və ətraf rayonlardan olan bir qrup sakin bu iddia ilə "Xəzər Xəbər"ə müraciət edib. Onlar deyirlər ki, Ağdam rayonunun Baş Qərvənd kəndində tikinti işlərində çalışıblar. Maaşlarını ala bilməyənlər deyirlər ki, bu işdə müqavilə əsasında çalışıblar. Əməkhaqlarının vaxtlı-vaxtında veriləcəyi bildirilsə də, 3 aydır problem yaşanır. İddialarla bağlı "SHAFRAT MEP ENGINEERING" MMC-nin rəsmisi Vüqar Musayevlə telefon əlaqəsi saxladıq. O, işçilərin şikayətlərinin şirkət tərəfindən dinlənildiyini, söhbət aparıldığını və yaxın günlərdə əməkhaqlarının ödəniləcəyini bildirdi. Mediaxeberleri.Az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Oxunub: 21
Xəbəri paylaş
Paylaş:





















