Babasının 1500 manatını oğurladı, həbs olundu
Xaçmazda silsilə oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Mediaxeberleri.Az lent.az-a istinadla xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Orucov saxlanılıb. Araşdırmalarla onun müxtəlif vaxtlarda babasına məxsus evdən 1500 manat pul oğurladığı, daha sonra isə rayon ərazisində 5 avtomobilin şüşələrini sındıraraq salonlarından maqnitofon və səs gücləndiricilərini taladığı müəyyən edilib. Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E.Orucov barəsində həbs qətimkan tədbiri seçilib.
Oxunub: 17
Xəbəri paylaş
Paylaş:





















