ÇL-də qalmaqal: Hakim oyunu sərxoş idarə etdi... - Video
Asiya Çempionlar Liqası 2 turnirində “Əl-Cəzirə” ilə “Qol Qohar” arasında keçirilən qarşılaşmada baş hakim Hanna Həttabın oyunu spirtli içkinin təsiri altında idarə etməsi ilə bağlı iddialar yayılıb. Mediaxeberleri.Az Apasport-az-a istinadla xəbər verir ki, mübahisə suriyalı referinin başqa futbolçunun iştirak etdiyi epizoda görə qapıçı Ersin Destanoğluna sarı vərəqə göstərməsi ilə başlayıb. Etirazlardan sonra hakim qərarını ləğv edib. Həttabın ilk hissə ərzində sərgilədiyi davranışlar futbolçularda şübhə yaradıb. Bundan sonra İran təmsilçisi ikinci hissəyə çıxmaqdan imtina edib. Yaranmış vəziyyətə Asiya Futbol Konfederasiyası (AFC) müdaxilə edib. Qarşılaşmanın ikinci hissəsini dördüncü hakim idarə edib. Hakimin spirtli içkinin təsiri altında olması ilə bağlı iddialar isə hələlik rəsmi təsdiqini tapmayıb.





















