Mediaxeberleri.az
    
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • 
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • 
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • 
  • "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
  • 
  • Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
  • 
  • "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
  • 
  • Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video
    Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video

Son xəbərlər :
  • Psixiatriya müəssisələrində yoxlamalar: Ciddi nöqsanlar aşkarlanıb
  • Qazaxda icra başçısı igid Vətən oğullarını ailə üzvləri ilə birlikdə 35 illik həsrətdən sonra Aşağı Əskiparada məzarları başında ziyarət edib
  • Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
  • Həyətyanı sahələrin özəlləşdirilməsi üçün əsas yaradılır
  • 42 yaşlı rəis qəfil öldü - Foto
  • “Tələbələrin müraciətini nəzarətə götürmüşəm” - Məleykə Abbaszadə
  • Azərbaycanda bu dövlət rüsumu 100 manatdan 25 manata endirilir
  • Deputatdan sənədsiz evlərlə bağlı açıqlama
  • Bakıda ərini öldürərək həyətdə basdırmaqda təqsirləndirilən qadın barədə qərar verilib
  • İki psixiatriya xəstəxanasında həkim çatışmazlığı... – Rəsmi
  • Sabah hava necə olacaq?
  • 20 tələbə 200 AZN təqaüd alacaq
  • ATU-nun Stomatologiya fakültəsinin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
  • Adı generalın qızı ilə məhkəmə işində hallanan vəzifəli şəxs işdən çıxarıldı
  • 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov - Video
  • “SÜLHÜ POZMAQ VƏ MÜHARİBƏNİ YENİDƏN BAŞLATMAQ İSTƏYİRLƏR...” – “Üçüncü Ermənistana qayıtmağa çalışırlar”
  • BANK KARTLARINDAN PULLARIMIZ BELƏ OĞURLANIR... – Dələduzların yeni ÜSULLARI
  • Xəstə çağırışçıları ORDUYA KİM YIĞIR? - DİQQƏT: SOS!
  • İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında
  • "Milan" və "Beşiktaş"dan qələbə
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda icra başçısı igid Vətən oğullarını ailə üzvləri ilə birlikdə 35 illik həsrətdən sonra Aşağı Əskiparada məzarları başında ziyarət edib

  • Tarix: Bu gün, 19:53

Cənab Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən, məqsədyönlü və düşünülmüş siyasəti sayəsində 6 il əvvəl, 2020-ci ilin 27 sentyabrında şanlı tarix yazan Azərbaycan dövləti bu gün də möhtəşəm qələbələr qazanmaqda davam edir. Müdrik liderin möhkəm iradəsi, dəmir yumuruğu sayəsində 2024-cü il də xalqımızın, xüsusilə də qazaxlıların yaddaşına qızıl hərflərlə yazıldı. 2024-cü ildə bir güllə belə atılmadan Qazax rayonunun dörd kəndi düşmən tapdağından azad edildi. Bəli, Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması dövlətimizin daha bir qələbəsi oldu ki, bu qələbəni bizə Müzəffər Ali Baş Komandan İlham Əliyev bəxş etdi. İşğaldan azad edilmiş kəndərin sakinləri doğma yurdlarını onlara qaytaran Müzəffər Ali Baş Komandanla qürur duyurlar. Qürurverici olan odur ki, işğaldan azad olunmuş həmin kəndlərdə bu gün minatəmizləmə işləri davam etdirilir. Kəndlərin layihə-smeta sənədləri hazırlanıb, yaxın zamanda həmin 4 kəndin bərpasına başlanılacaqdır.

Torpaq, Vətən yolunda minlərlə şəhid versək də, neçə-neçə qəhrəman oğullarımız sağlamlığını bu yolda qurban versə də haqq savaşımızın sonunda şanlı Zəfər, tarixi Qələbə bizim oldu. Birinci Qarabağ müharibəsi Əhmədovlar, Allahverənovlar, Nəsibovlar ailəsinin də qəlbinə ömür boyu onları göynədəcək, sızladacaq bir dağ çəkdi. Bəli, bu müharibə üç ailəni başsız qoydu, övladlar atasız, şəhid yarları isə arxa-dayaqsız qaldı.

Birinci Qarabağ müharibəsində Aşağı Əskipara kəndinin igid oğulları - Əhmədov Niyaz Əkbər oğlu, Allahverənov Dursun Vəli oğlu, Allahverənov İmran Dursun oğlu və Nəsibov İslam Yusif oğlu da doğma torpaq, yurd, el-oba uğrunda şirin canlarından keçərək Şəhidlik zirvəsinə ucaldılar.

Niyaz Əhmədov 27 may 1959-cu il tarixdə Qazax rayonunun Aşağı Əskipara  kəndində anadan olmuşdur. 1966-cı ildə Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinfinə daxil olmuş, 1976-cı ildə həmin məktəbi bitirmişdir. 1977-1979-cu illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1982-ci ildə Qazax rayon Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, 1985-ci ildə həmin texnikumu bitirmişdir. 1990-cı ildə könüllü müdafiə dəstəsinin tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. 28 noyabr 1991-ci ildə Aşağı Əskipara kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu Aşağı Əskipara kəndində dəfn olunub. Ailəli idi, 2 övladı yadigar qalıb. 2008-ci ilin dekabr ayında şəhidin ailəsinə dövlət tərəfindən Qazax şəhərində (hərbi şəhərciyin binası tərəf) 2 otaqlı mənzil verilib.

Dursun Allahverənov 18 iyul 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1955-ci ildə Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinfinə getmişdir. 1965-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1967-ci ildən 1969-cu ilə qədər keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 21 mart 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə özü və oğlu İmran Allahverənovla birlikdə şəhid olmuşdur.      

İmran Allahverənov 12 avqust 1974-cü ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1981-ci ildə Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinfinə getmişdir. 1991-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. Məktəbi bitirdikdən sonra könüllü olaraq 825 nömrəli hərbi hissənin tərkibində Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 21 mart 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə atası ilə birlikdə şəhid olmuşdur. Subay idi.

İslam Nəsibov 1 iyul 1957-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1964-cü ildə Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta  ümumtəhsil məktəbin 1-ci sinfinə daxil olmuş, 1974-cü ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1975-ci ildə keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Birinci Qarabağ müharibəsi zamanı Aşağı Əskipara kəndinin müdafiəsi zamanı gedən döyüşlərdə iştirak etmişdir. 5 noyabr 1991-ci ildə şəhid olmuşdur. Vaxtilə təhsil aldığı Qazax rayon Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbi bu gün şəhidin adını daşıyır. Ailəli idi, 2 övladı olub. 1 övladı vəfat edib.

Şirin canlarını Vətənə qurban verən qəhrəman şəhidlərimizin ailələri nə az, nə çox düz 35 ildir ki, igid Vətən oğullarının həsrəti, niskili ilə yaşayır. Vətən həsrəti ilə yanaşı, onların niskilini də qəlblərində daşıyır. İllərdir şəhidlərimizin atalarının, analarının, bacı-qardaşlarının, ömür-gün yoldaşlarının, övladlarının bir istəyi, arzusu vardı ki, bircə dəfə olsa belə qəhrəman şəhidlərimizin məzarlarını uzun həsrətdən sonra işğaldan azad olunmuş Aşağı Əskipara kənd qəbiristanlığında olan qəbirlərini ziyarət etsinlər.

Bu gün şəhidlərimizin əzizlərinin, yaxınlarının, doğmalarının o arzusu gerçək oldu. Hər zaman şəhid ailələrinin, qazilərin, məcburi köçkün ailələrinin yanında olan, onlara qayğı göstərən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərimizin ailələrinin arzusunun reallaşması üçün əlindən gələni əsirgəmədi. İcra başçısı uzun həsrətdən, niskildən sonra doğma yurd yerlərinə, Aşağı Əskiparaya elə həmin şəhid ailələri ilə birlikdə ayaq basıb. Bəli, şəhidlərimizin ailə üzvləri 35 illik həsrətdən sonra illər öncə mənfur düşmən üzündən çıxmalı olduqları Aşağı Əskipara kəndində oldular.

Şəhid ailələri dağıdılmış, uçurulmuş qəbirləri görməyin onlar üçün nə qədər çətin olsa da, uzun illərin ayrılığından sonra doğmalarına qovuşduqları üçün ürəklərinin toxtaqlıq tapdığını vurğulayıblar.

Həyat yoldaşını və övladını Vətən yolunda şəhid verən Gülnaz Məmmədova “34 illik həsrətdən sonra doğmalarımıza qovuşduq. Artıq ölsək də gözümüz arxada qalmayacaq. Uzun illərin həsrətindən sonra doğmalarımızın məzarını ziyarət etmək bizim yaddaşımıza ən gözəl, ülvi bir xatirə kimi yazıldı”, - deyərək bu anı onlara yaşadan, doğma torpağı görmək şansını onlara bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman şəhidlərimizə və sağlamlığını itirən qazilərimizə minnətdar olduqlarını dilə gətirib.

“Noyabrın 28-də ömür-gün yoldaşım Niyaz Əhmədovun ildönümüdür. 35 ildir ki, onun övladları, bacıları, qardaşı, əzizləri, doğmaları Niyazın ildönümünü məzarını ziyarət etmədən, həsrətlə, niskillə qeyd etdilər. Bu gün isə 35 ildən sonra o həsrətə son qoyuldu. Artıq Niyazın ruhu şaddır. Yağı düşməndən azad olunmuş Aşağı Əskiparada uyuyan məzarını ziyarət etmək qismət oldu”, - deyən şəhid yoldaşı Nazdı Həsənova buna görə razılığını ifadə edib, şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə tez zamanda sağlamlıqlarına qovuşmalarını arzulayıb.

Şəhdlərimizin ailə üzvləri doğma kəndlərinə getmək, əzizlərinin qəbirlərini ziyarət etmək üçün onlara şərait yaratdığına görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla, Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd diviziyasının komandiri, general-mayor Misir Əliyevə, sərhədçilərə minnətdarlıq etməyi də unutmayıblar. Şəhid ailələri illərdir ürəklərində yaşatdıqları bu aruzunun gerçəkləşməsində göstərdiyi dəstəyə görə rayon rəhbərinə sonsuz təşəkkürlərini ifadə ediblər.

Şəhid ailələrinin ağrı-acısını onlarla birlikdə çəkən rayon rəhbəri bu çətin anda onların yanında olduğu üçün özünü şanslı hiss etdiyini qeyd edib. “Özümə borc bildim ki, bu çətin anda sizlərin yanında olum, kədərli gününüzdə sizləri tək qoymayım. Dərdinizi birlikdə çəkək”, - deyən icra başçısı Rəcəb Babaşov işğaldan azad olunmuş torpaqlarımızda, azad edilmiş kəndlərimizdə inşa ediləcək yeni evlərdə yaşayacaqları günün elə də uzaqda olmadığını bildirib. Ölkə Prezidentinin, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad olunmuş yurd yerlərimizin yenidən cənnətə çevriləcəyini söyləyib.


Oxunub: 35
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 20:03 | Psixiatriya müəssisələrində yoxlamalar: Ciddi nöqsanlar aşkarlanıb
    Bu gün, 19:53 | Qazaxda icra başçısı igid Vətən oğullarını ailə üzvləri ilə birlikdə 35 illik həsrətdən sonra Aşağı Əskiparada məzarları başında ziyarət edib
    Bu gün, 19:50 | Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
    Bu gün, 13:52 | Həyətyanı sahələrin özəlləşdirilməsi üçün əsas yaradılır
    Bu gün, 13:50 | 42 yaşlı rəis qəfil öldü - Foto
    Bu gün, 13:43 | “Tələbələrin müraciətini nəzarətə götürmüşəm” - Məleykə Abbaszadə
    Bu gün, 13:40 | Azərbaycanda bu dövlət rüsumu 100 manatdan 25 manata endirilir
    Bu gün, 13:23 | Deputatdan sənədsiz evlərlə bağlı açıqlama
    Bu gün, 13:06 | Bakıda ərini öldürərək həyətdə basdırmaqda təqsirləndirilən qadın barədə qərar verilib
    Bu gün, 13:04 | İki psixiatriya xəstəxanasında həkim çatışmazlığı... – Rəsmi
    Bu gün, 12:46 | Sabah hava necə olacaq?
    Bu gün, 12:45 | 20 tələbə 200 AZN təqaüd alacaq
    Bu gün, 10:37 | ATU-nun Stomatologiya fakültəsinin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
    Bu gün, 10:32 | Adı generalın qızı ilə məhkəmə işində hallanan vəzifəli şəxs işdən çıxarıldı
    Bu gün, 10:21 | 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov - Video
    Bu gün, 09:42 | “SÜLHÜ POZMAQ VƏ MÜHARİBƏNİ YENİDƏN BAŞLATMAQ İSTƏYİRLƏR...” – “Üçüncü Ermənistana qayıtmağa çalışırlar”
    Bu gün, 09:31 | BANK KARTLARINDAN PULLARIMIZ BELƏ OĞURLANIR... – Dələduzların yeni ÜSULLARI
    Bu gün, 09:10 | Xəstə çağırışçıları ORDUYA KİM YIĞIR? - DİQQƏT: SOS!
    Bu gün, 09:05 | İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında
    Bu gün, 08:59 | "Milan" və "Beşiktaş"dan qələbə
    Bu gün, 08:49 | AzTU-da ağciyər xərçənginin aşkarlanmasında süni intellekt layihəsi təqdim olunub - FOTOLAR
    Bu gün, 08:41 | Kəlağayı - Natəvan Dəmirçioğlunun hekayəsi
    Bu gün, 08:33 | Simonyan dekabrda Azərbaycana səfər edəcək: Hansı məsələlər müzakirə olunacaq?
    Bu gün, 08:07 | İcra başçısı rayonda aparılan abadlıq işlərinə yerində baxış keçirib
    Bu gün, 00:10 | Tərtər "Gənclər paytaxtı", Masallı isə "İdman paytaxtı" seçildi - Foto
    Bu gün, 00:00 | Qazaxda evdə partlayış: Ağır yanıq xəsarətləri alan şəxs Bakıya gətirildi - Foto/Video
    Dünən, 19:13 | Qaz olmayacaq
    Dünən, 19:12 | Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir
    Dünən, 19:10 | Babasının 1500 manatını oğurladı, həbs olundu
    Dünən, 19:07 | "Agac.az" mobil tətbiqi istifadəyə verildi
    Dünən, 17:11 | “Qubadlı” diviziyasına Döyüş Bayrağı təqdim edildi - Video
    Dünən, 17:10 | Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı
    Dünən, 16:21 | Azərbaycanda "Temu" bağlanır? - AÇIQLAMA
    Dünən, 16:18 | Heyvanlara verilən suyun temperaturu 30 dərəcəyədək isidilməlidir - Yeni tələb
    Dünən, 16:17 | Dərsliklərdə səhvlərin səbəbləri açıqlandı
    Dünən, 16:14 | Gəncin ifası Müslüm Maqomayevə bənzədildi – Video
    Dünən, 14:45 | Bağça müəllimlərinin imtahan vaxtı dəyişdirilib - Yeni tarix
    Dünən, 14:36 | Qərbi Azərbaycanda 1011 villaya qaz verilişi dayandırıldı
    Dünən, 14:34 | Ramiz Mehdiyev və köməkçisi yenidən hakim qarşısında
    Dünən, 14:33 | İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi
    Dünən, 14:20 | Namizəd Səfərova hökm oxundu
    Dünən, 14:18 | ÇL-də qalmaqal: Hakim oyunu sərxoş idarə etdi... - Video
    Dünən, 13:53 | "Qızımı 11 ildir özümdən uzaqlaşdırmışam" - VİDEO
    Dünən, 13:50 | “Kontakt” Əlinin sevgisinə səs verdi
    Dünən, 13:43 | 100 min veterana məktub göndərildi: Müharibəyə hazırlaşın!
    Dünən, 13:11 | 5 nömrəli xəstəxana nə vaxt istifadəyə veriləcək? - Video
    Dünən, 13:08 | Sabahın hava proqnozu açıqlandı
    Dünən, 13:05 | Övladlarına aliment ödəməyən qadına cəza verildi
    Dünən, 08:23 | Gülnarə Kərimovanın İsveçrədə müsadirə edilmiş aktivləri Özbəkistana qaytarılacaq
    Dünən, 08:12 | Səhər yeməyi üçün ən uyğun vaxt hansıdır? - Mütəxəssisdən açıqlama
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.