Qərbi Azərbaycanda 1011 villaya qaz verilişi dayandırıldı
Qərbi Azərbaycan əyalətinin bir neçə bölgəsində istifadədə israfçılığa yol verildiyinə görə 1011 villanın qazı kəsilib. Mediaxeberleri.Az xəbər verir ki, bu haqda əyalətin Qaz Şirkətinin müdiri Cəmşid Dorostkar açıqlama verib. O, bununla yanaşı 3500 dövlət və ictimai obyektdə də davamlı monitorinq aparıldığını və istehlakda israfçılığa yol veriləcəyi təqdirdə qazın verilişinin dayandırılacağını bildirib. Qeyd edək ki, son ay ərzində İranda qaz çatşmazlığı səbəbindən ölkənin müxtəlif bölgələrində ümumilikdə 9700 villaya qazın verilişi dayandırılıb.
Oxunub: 18
Xəbəri paylaş
Paylaş:





















